SON XƏBƏRLƏR

“WikiLeaks”in qurucusu azadlığa buraxılıb

2021.10.20, 07:36
“WikiLeaks”in qurucusu azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv: “WikiLeaks” saytının qurucusu Culian Assanc dekabrın 16-da axşam saatlarında azadlığa buraxılıb. 9 gündür ki, həbsdə olan Culian Assanc 240 min funt sterlinq girovun ödənilməsi müqabilində azadlığa buraxılıb. Bu barədə Lent.az BBC-yə istinadən məlumat yayıb.London Ali Məhkəməsi önündə çoxsaylı mətbuat təmsilçiləri tərəfindən qarşılanan “WikiLeaks” saytının qurucusu deyib ki, “Londonun havasını təkrar udmaq gözəldir”. O, azadlığa çıxmaq üçün ona dəstək verən, zamin duranlara, vəkillərə, mətbuat təmsçilçilərinə və Böyük Britaniyanın hüquq sisteminə təşəkkür edib. Qeyd edək ki, dekabrın 15-də London Ali Məhkəməsi “WikiLeaks” saytının qurucusu Culian Assancın girov müqabilində azadlığa buraxılması barədə qərarını təsdiqləyib. İsveç hüquq-mühafizə orqanlarının sorğusu əsasında dekabrın 7-də həbs olunan Culian Assancın həbs müddəti dekabrın 14-də başa çatıb. Ancaq apelyasiya məsələsinə görə “WikiLeaks” saytının qurucusu 2 gününü də həbsxanada keçirməli olub. Apelyasiya şikayətini isə İsveç hüquq-mühafizə orqanları deyil, Böyük Britaniya hüquq-mühafizə orqanları veriblər. Qeyd edək ki, London Məhkəməsi dekabrın 14-də 240 min funt sterlinq müqabilində onun azadlığa buraxılması barədə qərar qəbul edib. Culian Assanc İsveçdə zorlama əməli törətməkdə günahlandırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar