SON XƏBƏRLƏR

Türkiyədə Kürdcə oxumaq istəməyən müğənnini öldürdülər

2021.10.20, 07:36
Türkiyədə Kürdcə oxumaq istəməyən müğənnini öldürdülər

Gunaz.tv

GünAzTv: Türkiyənin Mersin bölgəsində kürd dilində mahnı oxumaq üstündə yaranan mübahisə üç nəfərin yaralanması, müğənni Sarp Öztürkün isə ölümünə səbəb olub.

 

Gecə saatlarında bir müştəri əyləndiyi məkanda müğənni Sarp Öztürkdən kürd dilində mahnı oxumağı tələb edib. Müğənni bununla razılaşmayıb, müştəri bayıra çıxarılıb. Amma bir qədər sonra o yenidən qayıdıb və səhnəni gülləbaran edib. Müğənni elə səhnədəcə dünyasını dəyişib. Bir müştəri, ofisiant və gitara ifaçısı isə yaralanıb. Bu barədə Milli.Az xəbər portalı Ankara xəbər agentliyinə (ANKA) istinadən xəbər yayıb.

 

Hadisə ilə əlaqədar iki nəfər saxlanılıb. Əlində tapança olan şəxs isə qaçıb və hazırda hüquq-mühafizə orqanları onu axtarır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar