SON XƏBƏRLƏR

İranda məhbus jurnalist Aclıq Aksiyasından dolayı xəstəxanaya düşdü

2021.10.20, 07:36
İranda məhbus jurnalist Aclıq Aksiyasından dolayı xəstəxanaya düşdü

Gunaz.tv

GünAzTv: Siyasi məhbuslara qarşı sərt rəftara etiraz olaraq 5 gündür Tehranın Evin zindanında quru aclıq aksiyası keçirən jurnalist və kinorejissor Məhəmməd Nurizad dekabrın 16-da xəstəxanaya yerləşdirilib.

Nurizad 2009-cu ilin iyununda keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlar zamanı dini rəhbər ayətullah Əli Xamneyiyə repressiyalarla bağlı açıq məktublar yazıb zorakılığı pislədikdən, zindanlardakı acınacaqlı vəziyyəti açıqladıqdan sonra tutulub. Tehran məhkəməsi onu hakimiyyətə qarşı təbliğatda və dini rəhbəri təhqirdə günahlandıraraq 3 il yarım həbsə və 50 şallaq zərbəsinə məhkum edib.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, Nurizadın xanımı Fatimə Məleki jurnalistlərə deyib ki, yoldaşının mədəsində qanaxma var: “Hansı xəstəxanaya apardıqlarını demirlər. Biz zindan qarşısında toplaşaraq oturaq aksiyaya başlamışıq və ondan xəbər tutmayınca aksiyanı davam etdirəcəyik”.

Son məlumatda oturaq aksiya keçirən Məleki, uşaqları və digər ailə üzvlərinin tutulduğu bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar