SON XƏBƏRLƏR

“21 Azər”in ildönümü ilə bağlı Bakıda dəyirmi masa keçirilib

2021.10.20, 07:36
“21 Azər”in ildönümü ilə bağlı Bakıda dəyirmi masa keçirilib

Gunaz.tv

GünAzTv: Bakıda Güney Azərbaycan Milli Hökumətinin 65-ci ildönümü və  Seyid Cəfər Pişəvərinin həyat və fəaliyyəti ilə bağlı dəyirmi masa keçirilib.

GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, Bu gün Bakıda Güney Azərbaycan Milli Hökumətinin 65-ci ildönümü, həmçinin böyük inqlabçısı Seyid Cəfər Pişəvərinin həyat və fəaliyyətinə həsr olunan dəyirmi masada dövlət xadiminin Vətənimizin azadlığı və bütövlüyü naminə xidmətləri yüksək qiymətləndirilib.

Bildirilib ki, Güney Azərbaycanda Pişəvərinin rəhbərlik etdiyi Milli hökumət mövcud olduğu cəmi bir il ərzində sanki yarım əsrlik fəaliyyət göstərib.

Toplantıda «21 Azər» Hərəkatının yaranma tarixi haqqında da danışılıb. İctimai xadimin ölüm səbəblərinin araşdırılmasına, eləcə də onun həyat və fəaliyyətindən bəhs edən yeni nəşrlərə ehtiyac olduğu bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar