SON XƏBƏRLƏR

Obama İranda baş verən terror aktını pisləyib

2021.10.20, 07:36
Obama İranda baş verən terror aktını pisləyib

Gunaz.tv

GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama bəyanat yayaraq İranın Sistan-Bəlucistan əyalətinin Çabahar şəhərində məscidin qarşısında törədilən terroru kəskin pisləyib.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, bəyanatda deyilir: “Günahsız insanların qətlə yetirilməsi çirkin bir hərəkətdir. Bu iyrənc işlərə əl qoyanlar təqib edilməli, əməllərinə görə cavabdeh olmalıdırlar.

Bu kimi əməllər və digər terrorçu hərəkətlər göstərir ki, terrorizm din, siyasət və milli sərhəd tanımır. Amerika Birləşmiş Ştatları, dünyanın harasında olur-olsun, terrorizmin bürün növlərini məhkum edir. Amerika belə ədalətsizlik qarşısında İran xalqının, eləcə də hadisədə ölən və ya yaralananların ailələrinin yanında olduğunu bəyan edir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar