SON XƏBƏRLƏR

“Xocalıya ədalət” beynəlxalq kampaniyasının on-line aksiyası başladı

2021.10.20, 07:36
“Xocalıya ədalət” beynəlxalq kampaniyasının on-line aksiyası başladı

Gunaz.tv

GünAzTv: Kampaniya 3 hissədən - siyasi tanıtım, kütləvi aksiyaların keçirilməsi və ictimaiyyətlə əlaqə qurmaqdan ibarətdir.

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumu (İKGF) v “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi “Xocalıya ədalət” beynəlxalq təşviqat kampaniyasının on-line fəaliyyətinin təqdimatını keçirib. İcmanın rəhbəri Bayram Səfərov hamını fəal vətəndaş mövqeyi göstərməyə çağırıb. “Xocalıya ədalət” kampaniyasının əlaqələndiricisi Nicat Məmmədov kampaniyanın yeni İnternet saytı, onun Facebook, Twitter, Youtube kimi sosial şəbəkələrdəki fəaliyyəti barədə geniş məlumat verib. O bildirib ki, kampaniya 3 hissədən - siyasi tanıtım, kütləvi aksiyaların keçirilməsi və ictimaiyyətlə əlaqə qurmaqdan ibarətdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar