SON XƏBƏRLƏR

Avropanın bir sıra ölkələrini etiraz dalğası bürüyüb

2021.10.20, 07:36
Avropanın bir sıra ölkələrini etiraz dalğası bürüyüb

Gunaz.tv

GünAzTv: Yunanıstan, Fransa, Belçika, İspaniya və Çexiyada küçələrə çıxan insanlar hökümətin anti- böhran planlarına etirazlarını bildirirlər.GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, Yunanıstan hökməti  ötən gün ölkədə  baş verən iğtitaşlarda  dəymiş ziyanın miqdarını hesablayır. Qeyd edək ki,  hökümətin iqtisadi  planına  etiraz olaraq  paytaxt  Afinada 20 minə yaxın insanın iştirakı ilə keçirilən keçirilən kütləvi tətil sonradan polislə  qarşıdurmaya çevrilib. Qəzəbli kütlə qarşısına keçən hər şeyə od vurub, bankların və mağazların vitrinlərini sındırıb. Maliyyə nazirliyinin binasına isə içərisində yandırıcı maddə olan şüşələr atıblar. Asayiş keşikçiləri cavab olaraq rezin dəyənəklərdən, gözyaşardıcı qazdan və səs bombalarından  istifadə  etmək məcburiyyətində qalıb. Parlament binasının yaxınlığında isə etirazçılar keçmiş nəqliyyat naziri, Avropa komissiyasının üzvü  Kostis  Xatsidakisi  döyüblər. Məlumatlara görə  o xəstəxanaya yerləşdirilib. Paytaxt əsl döyüş meydanını xatırladıb. Etiraz aksiyaları Yunanıstanın digər şəhərlərində də keçirilib. Küçələrə çıxan narazı kütlə əmək bazarında islahatlara etirazrını  bildiriblər. Yunanıstanla yanaşı Avropanın bir sıra ölkələrində də  analoci aksyialar keçirilib. Avropa ittfaqının maliyyə böhranı ilə bağlı keçirləcək zirvə toplantısı öncəsi Fransa, Belçika, İspaniya və Çexiyada  minlərlə insan küçələrə çıxıb. Brüsseldə 500-ə yaxın insan Avropa komissiyasının binası qarşısına toplaşaraq  maliyyə siyasətinə  və büdcə  kəsirlərinə  etirazlarını bildirb. Parisdə isə aksiyaçılar hökümətin pensiya islahtalarına  etiraz ediblər. Madrid və Praqda da  oxşar narazılıqlar ifadə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar