SON XƏBƏRLƏR

Türkiyədə “Balyoz planı” ilə bağlı məhkəmə prosesi başlayır

2021.10.20, 07:36
Türkiyədə “Balyoz planı” ilə bağlı məhkəmə prosesi başlayır

Gunaz.tv

GünAzTv: Cümə axşamı Türkiyədə “Balyoz planı” – yəni “Buz baltası” adlandırılan hərbi çevriliş cəhdi ilə bağlı məhkəmə prosesi başlayır.

Məhkəmə qarşısına aralarında Türk silahlı qüvvələrinin sabiq qoşun növü komandanları da daxil olmaqla 196 nəfərin çıxarılması nəzərdə tutulur.

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Məhkəmənin ilk iclasına 2 gün qalmış hakimlərdən birinin başqa bir hakimlə əvəz edilməsi cəmiyətdə birmənalı qarşılanmayıb.

Müttəhimlərin vəkilləri Ədliyyə Nazirliyinin bu qərarını etirazla qarşılayıblar.

Türkiyə tarixinə ən səs-küylü məhkəmə proseslərindən biri kimi daxil olacağı proqnozlaşdırılan “Balyoz” prosesi Cümə axşamı İstanbulda başlayır.

Məhkəmə qarşısına 196 nəfərin çıxarılması planlaşdırılır.

Hərbi çevriliş planı ilə bağlı şübhəli bilinənlərin böyük hissəsini istefada olan general və admirallar, silahlı qüvvələrdə vaxtı ilə yüksək vəzifə tutmuş şəxslər təşkil edirlər.

Onların arasında Türkiyə Silahlı Qüvvələrinin sabiq Hava və Dəniz Qüvvələri komandanları İbrahim Fırtına və Özden Örnək də var.

İlk iclasda şübhəli bilinənlərin şəxsiyyətinin təsdiqi və 968 səhifəlik ittihamnamənin oxunuşunun başlanması nəzərdə tutulur.

Həmin sənədə görə, “Balyoz” planını hazırlayanlar, Türkiyədə hərbi çevriliş həyata keçirərək, qanuni höküməti hakimiyyətdən uzaqlaşdırmağı planlaşdırıblar.

İttihamnamədə iddia edilir ki, çevrilişi həyata keçirmək üçün əvvəlcə ölkədə qarışıqlıq və xaos şəraiti yaratmağı planlaşdıran dəstə bu məqsədlə daha 4 plan hazırlayıb.

Bu arada, prosesin başlamasına 2 gün qalmış məhkəmə heyətinin sədrinin dəyişdirilməsi istər ictimaiyyətdə, istərsə də vəkillər arasında birmənalı qarşılanmayıb.

Şübhəlilərdən birinin vəkili Cəlal Ülgen hesab edir ki, hakimin bu qədər qısa vaxt ərzində işlə kifayət qədər tanış olması mümkün deyil.İttihamların sübuta yetiriləcəyi təqdirdə hərbçilərin 15 ildən 20 ilə qədər həbs cəzasına məhkum edilə biləcəyi gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar