İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
GünAzTv mətbuat mərkəzinin növbəti müsahibi, Güney Azərbaycan İstiqlal Partiyasının ideoloji məsələlər üzrə sorumlusu Nəbi Soytürkdür
- Nəbi bəy, indi ki, mərhələdə Güney Azərbaycan Milli Hərəkatında prosesləri uğurla apara biləcək qüvvə varmı?
- Azərbaycanın Milli Hərəkatı açıq və gizli fəaliyyət göstərən müxtəlif qurumlar, təşkilatlar, partiyalar, Kütləvi İnformasiya Vasitələri, Fiziki şəxslər və ... kimi qüvvələrin fəaliyyəti nəticəsində bügünkü səviyyəyə çatıb. Təbii olaraq müxtəlif qüvvələrin müxtəlif dərəcədədə təsirləri olub. Ancaq Milli Hərəkatın aparıcı qüvvəsi elə Milli Hərəkatın özüdür. Son zamanlarda Xürrəmilər, Qızılbaşlar və digər tarixi hadisələrlə bağlılığı olan Qırmızı rəngin Milli Hərəkatın Ortaq Simgəsi kimi seçilib və demək olar ki yekdilliklə dəstəklənməsi, bəzi qurumlara mesaj olmaqla yanaşı bu hərəkatın Mahiyyətcə bütöv və ayrılmaz olmasını ortalığa qoydu.
O haldakı Milli Hərəkat Azadlıq Simvolu kimi götürülən Babək Xürrəmdin, Azərbaycançılıq, Türkçülük, Demokratiya, İstiqlal və ... kimi mehvərlərin ətrafında cərəyan edir, Özünüz təsəvvür edin bu, hərəkatın üfüqləri haralara qədər gedir! Bu terminlər Güney Azərbaycanda gedən Milli Hərəkatın məzmunu göstətən meyarlardır. Belə bir halda Milli Hərəkatın aparıcı qüvvəsi elə özü ola bilər.
- Narahat olduğumu tarixi məqamlardan biri də İranda baş verən inqilabi dəyişikliklərdə soydaşlarımız detenator rolunu oynasada, sonra ki, proseslərdə “aldadılmış toplum” vəziyyətinə gəliblər. Hansı addımları atmaq lazımdır ki, bir daha belə tarixi anları yaşamayaq?
- Mənə elə gəlir ki, lazım gələndə başqalarının gözü ilə özümüzə baxarsaq, onda baş verən hadisələri daha düzgün analiz edə bilərik. Farslar bizi əsasən iki sifətlə tanıyırlar: birincisi onlar inanır ki, Azərbaycanlılar qeyrətli, mübariz və əyilməzdilər. İkincisi isə inanırlar ki, Azərbaycanlıları aldadıb və zərərsizləşdirmək mümkündür.
Sizində qeyd etdiyiniz kimi farslar bu qənaətə tarixi faktlara görə gəliblər. Keçən əsrdə İran və Güney Azərbaycanda yaşanan savaşların hamısının qalibi Azərbaycan olsada amma mübarizənin qalibi farslar olub. Daha doğrusu Azərbaycan fəallaşıb, maddi-mənəvi enerji qoyub və şəhidlər fəda edib, amma fars millətçiliyi öz hədəfinə çatıb.
Eramızdan 500 il öncə San Tse deyir ki, bütün mübarizələrdə savaşa qovuşmaq üçün bir başa yolla gedilər, ancaq qələbəyə çatmaq üçün dolayısı yolla gedilər. Təəssüflə türk millətinin milli ideologiyası tarixin dərinliyində itib-batdığı üçün, siyasətimizin qlavuzu ola biləcək ideologiyamızın olmaması, bizi San Tsenin dediyi dahiyanə məntiqin tətbiqində aciz qoyub. Keçmiş mübarizələrdə milli hədəfimizin yetəri qədər doğru qoyulmaması, farsların isə strateji hədəflərinin olması, bizim enerjimizi onların xeyirinə bada verib. Demək ki, hədəfimizi doğru qoymalıyıq.
- Biz bu gün Milli Hərakatın hədəfləri ilə bağlı müxtəlif fikirlər eşidirik. Bəzi insanlar var ki, hazırda cərəyan edən hərakatın düzgün xətt tutmadığını, digər insanlar isə bunun əksini düşünürlər. Sizcə, indi ki, mərhələdə milli hərəkat strateji xəttini düzgün apara bilirmi?
- Fikrimcə günümüzə qədər gedən prosseslərdə ciddi bir xələl yoxdur. Milli Hərəkat yaşıl hərəkatın sınağından elə məharətlə keçdi ki, artıq bir çox bədbin təhlillərə son qoyuldu. Solçuların cəhdlərinə qarşı müqavimət göstərib və milli hərəkatın prinsiplərinin çürüməməsi də digər uğurlu sınaqlardan biri kimi sayılmalıdır. Milli hərəkatı qat-qat oluşduran yeni dalğaların ortaya çıxması, “Traxtur” futbol komandasının yarışlarında şüurlu və olduqca mənalı şüarların səsləndirilməsi, qırmızı rəngin ortaq simgə kimi seçilib və dəstəklənməsi milli hərəkatın doğru bir nüvəyə kökləndiyini göstərməkdədir. Ancaq yuxarıda qeyd etdiyimiz kimi fars şovinizmi də bu arada rahat oturmayıb. Onların mövqeyi qələbəyə hesablandığı üçün biz ancaq inqilaba yönəlik toparlanarsaq keçmişdəki problemlər təkrar ola bilər.
- Bu arada fars şovinizminin bizlərə qarşı etdiyi fəaliyyət nədən ibarət ola bilər?
- Mənim fikrimcə Azərbaycanlılar üçün Azərbaycanı və üstəlik Tehranıda fəth etmək çox rahatdır, nəinki fars şovinizmi tərəfindən gələn bir hiyləni dəf etmək. Ən azı keçən əsr boyu belə olub.
Azərbaycanın qarşısında iki cəbhə var. Birincisi Azərbaycanın qarşısında duran şəraiti dəyişmək. İkincisi şəraiti dəyişəcək olan insanları dəyişmək. Birinci cəbhə kiçik ikincisi isə böyük sayılmalıdır.
Fars şovinizminin Azərbaycana yatırım qoymaması, Urmu bölgəsinə digər etnikləri yerləşdirməsi və bununlada Azərbaycan və Türk dünyası ilə Türkiyənin arasını kəsməyə çalışması, Dağlıq Qarabağın işğalda qalması üçün Ermənistana əlindən gələni etməsi və ... bütün bunlar Azərbaycanın qarşısında duran şəraitdir. Bu şəraitə qarşı mübarizə lazımdır və mübarizə də gedir. Ancaq biz o zaman şəraitə qalib gələcəyik ki, ikinci cəbhə də böyük uğur qazanaq. Yəni, millətimizin və xüsusilə milli fəalların üzərində elə bir dəyişiklik olmalıdır ki, artıq fars şovinizminin bacarıqlı təbliğatına və siyasi hiylələrinə tab gətirə bilsin. Fars şovinizmi tarix boyu əsasən bu sahədə bizi üstələyib.
Məsələn, Qacar dövründən çıxmış bir çox Azərbaycan türkü Məşrutə inqilabının istəmədiyi bir nəticəsi kimi Pəhləvilər zamanı Qacarlıqdan İranlılığa, Firqey-i Demokrat inqilabının təsiri altında İranlılıqdan Azərbaycanlılığa, indi isə bir ideal hədəf kimi Azərbaycanlılıqdan Türklüyə tərəf yaxşı və ya pis mənada ona görə yönəlir ki, represiyalara tab gətirəcək standart bir milli kimliklə yetəri qədər sifətlənməyib. Fars şovinizmi bütün tarixi həqiqətləri təhrif etdiyi üçün, hər bir tarixi həqiqət öz üzərində bir şübhə daşıyıb və türk, azəri, iranlı. Fars. Ariyayi (ari), müsəlman kimi terminlərin biri o birisini etibardan salıb. Buda milli kimlik üçün ağır zərbə deməkdir.
Biz bilməliyik ki, Azərbaycanı nə Məşrutə İnqilabının xatirəsi, nə Azərbaycanın 35 milyon olması və nə də Türk dünyasının mövcud olması qurtaracaq. Son məqamda Azərbaycanı bir qurtarası vasitə varsa, oda sarıldığı prinsip olacaq. O, prinsip şüurlara tam işləməlidir.
-Siz müsahibənin başından bəri hansısa prinsipi vurğulayırsınız. O prinsip nədir və necə olmalıdır?
-Bilirsiniz qeyd etdiyim kimi mən şəraiti dəyişməkdən çox şəraiti dəyişəcək olan qüvvələrin dəyişməsi və onların yetkinliyini önəmsəyirəm. Fikrimcə, biz İstiqlal prinsipinə var gücümüzlə sarılmasaq fars şovinizminin planlarından siğortalana bilməyəcəyik. Bizim şüarımız kəskin və radikal olmasa, farslarla türklərin mənəvi sərhəddini bərpa etməsə milli hərəkatın gələcəyi risk altına düşə bilər. Fars şovinizmi İrançılıq düşüncəsi ilə hər an qapının önündə hazırdır, o ancaq “İstiqlal” tablosu və znakından keçə bilməz. İstiqlal məfkurəsi İran və fars mədəniyyəti ilə çulğalanmış zehinləri şəffaflandırır. Bu o deməkdir ki, Güneyin İstiqlalı bir prinsip kimi milli mübarizənin nəticəsindən çox sığortası kimi başa düşülməlidir.
Məsələni birazda açaq. İstiqlal prinsipi yalnız ona görə mühüm olmamalıdır ki, sonra bizə nəsə verəcək. İstiqlal prinsipi vacibdir ona görə ki, indi bizə nəsə verir. Bir misal gətirəcəm. Əgər bir insan özünə hədəf götürsə ki, 5 il sonra idman üzrə çempion olmalıdır, o şəxs artıq həyat tərzini dəyişir. Yeni dostlar tapır, yeni işlərlə məşğul olur, gündəlik proqramını dəyişir və artıq yeni bir şəxsiyyətə çevrilir. 5 il sonra çempion olursa nə yaxşı, amma olmursa belə artıq yeni bir şəxsiyyətə çevrilib.
Hədəf bir milləti yenidən formalaşdırır. Əgər ermənilərin hədəfi dənizdən-dənizə Emənistan qurmaq olmasaydı, bu gün ermənilərin belə bir diasporu olardımı? Əgər fəal kürdlərin hədəfi böyük kürdistan olmasaydı bugünkü uğurları olardımı? Həmçinin yəhudilərin buraya qədər gəlib çatması məhz götürdükləri hədəfdən irəli gəlir. Bu təbii qanun bizim üçün də keçərlidir.
-Maraqlıdır ki, bir əsrdə dörd dəfə inqilab edən və böyük bir mübarizəçilik təcrübəsinə yiyələnmiş bir toplum nədən azadlığını çətinliklə eldə edir?
- İranın siyasi-ictimai vəziyyəti çox adamları təəccübləndirir. Yəqin ki, bunu həm türk milətinin əsrarəngiz tarixi, həmdə İranın son dərəcə reallıqdan uzaq bir romantika içində idarə olunması ilə izah etmək olar. Hətta bu barədə böyük qərb mütəfəkkiri Albert Surel yazır ki, iki şey varki onlar hər zaman məchul qalacaq: Coğrafiyada qütblər və tarixdə türklər. Həmçinin yazır ki, iki məsələ məni çox düşündürür. Nəcə olur ki, İran regionunda əsasən türk xanədanları hökmranlıq edib, ancaq bir çox halda fars dili rəsmi dil olub! Bununla belə fars dili dövlət dərəfindən dəstəkləndiyi bir halda, türk dilinə tab gətirməyib və müxtəlif tarixi dövrlərdə əriməyə başlayıb.
İranda hər zaman zor, güc, təhlükə və basqı olub, Ancaq istisna halları çıxmaq şərti ilə vəhşilik bir o qədər olmayıb. Bu da səbəb olub ki, proseslər yumşaqca getsin və tədricən baş versin.
Dahilər incə məqamları görə bilsələrdə ancaq adi insanlar qabarıq nümunələri görə bilirlər. Fars şovinizmi Azərbaycanı bir qanlı savaş nəticəsində udmayıb. Fars şovinizmi aldadıcı şüarlarla yavaş-yavaş Azərbaycan və İranın siyasi, mədəni, iqtisadi, ictimai və ... sahələrini mənimsəyib. Üstə gəl, həm pəhləvilər və həm islam hakimiyyəti zamanı İranın içində şiddətlə asimilasyon siyasəti tətbiq edilib. Həm də vətəndaşlar dünya ictimaiyyətindən uzaq tutulub. Bu siyasətin əsas hədəfində isə Azərbaycan olub. Təbii ki, bütün bunlar təsirsiz ötüşməzdi.
Ancaq hər şeyin sonu olan kimi artıq İranında sonu görünməyə başlayıb. Belə görünür ki, İran bir kimlik və dəyər məkanı kimi öz məzmununu itirib, coğrafi və siyasi məzmunla kifayətlənməli olacaq. Bu da İran mərkəzli fars düşüncə sisteminin çöküşü deməkdir.
- Azərbaycanda bu gün bəzi şəxslər belə bir fikir ortaya atırlar ki, İran parçalanmamalıdır və onlar xüsusilə, türklərin hakimiyyətə gəlməsi ideyasını dəstəkləyirlər. Hazırda, İranda belə bir prosesin başlanması üçün tarixi-siyasi və ictimai-sosial zəmin varmı?
- Molla Nəsrəddin son zarafat kimi vəsiyyət edib ki, qəbİrinin üstünə kimsəni buraxmasınlar. Ona görə də məqbərənin qapısını böyük bir qıfılla kilidləsinlər. Ancaq qapıdan başqa məqbərənin dört tərəfi divarsız olsun.
Sizin qeyd etdiyiniz fikiri irəliyə doğru bir addım kimi hesab etmək olar. Ancaq qorxu ondadır ki, hakimiyyətə gələn türklər qanunlara təsir edib və fars şovinizminin üzünə qapıları bağlasınlar amma divarları nə edəcəyik?!
Fars şovinistləri və ya onlara uyan soydaşlarımız firdovsinin şahnaməsi, Əhməd Kəsrəvinin aldadıcı tarix əsərləri və digər vasitələrlə divarlardan aşmayacaqlarmı?! Gündəlik həyatdakı adətlər, millətimizdə yaranan psixoloji şərti reflekslər nəzərə alınıbmı? Yoxsa qadağa qoyacaqlarına inanırlar? Qadağa olursa artıq bu, demokratiya olmaz. Heç mümkündə deyil. İndiki zamanda mədəni təsir daha rahatdır, ona görə ki, həm onun üçün vasitə imkanları çoxdur, həm də qadağa qoyulmur.
Duzdur elə fikirləşənlər var. Onlar düşünür ki, tam tərsinə biz farslara təsir edə bilərik. Ancaq mən buna inanmıram. Siz də əgər milli ideologiyamızın hansı yerdə olduğuna diqqət yetirsəniz yəqin ki, mənimlə razılaşarsınız.
İki əsrdir ki Azərbaycan parçalanıb. Bəs nəyə görə, bu müddətdə ruslara və farslara təsir edib onları türk etmədik?! Nəinki onlara təsir etmədik, həm də genişmiqyasda təsir altına düşdük. Ancaq Quzey Azərbaycan müstəqil olduqdan həmən sonra dünya azərbaycanlıları silkələnməyə başladılar. Bir millət kimi, yeni düşüncə tərzinə keçdik. Budur istiqlalla, qeyri istiqlalın fərqi.
Söhbətləşdi: Elnur Eltürk
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
İranda daha bir molla öldürüldü
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko