SON XƏBƏRLƏR

“Cundullah” baş verən terror aktlarının məsuliyyəti öz üzərinə götürüb

2021.10.20, 07:36
“Cundullah” baş verən terror aktlarının məsuliyyəti öz üzərinə götürüb

Gunaz.tv

GünAzTv: Bu gün İranın Sistan və Bəlucistan vilayətinin Çabahar şəhərində baş verən terror aktlarına görə məsuliyyəti öz üzərinə “Cundullah” terror qruplaşması götürüb. Bu barədə terror təşkilatının rəhbərlərindən biri “Əl-ərəbiyyə” televiziya kanalına verdiyi müsahibəsində bildirib. O partlayışlar haqda geniş məlumat verməsə də bu gün İranın Çabahar şəhərində baş verən terror aktının onlar tərəfindən törədildiyini deyib. Bu barədə APA “Fars” xəbər agentliyinə istinadən məlumat yayıb. Qeyd edək ki, bu gün İranın Çabahar şəhərində İmam Hüseyn məscidinin yaxınlığında həyata keçirilən terror aktı nəticəsində ən azı 40 nəfər ölüb, çoxlu sayda indan yaralanıb. Yaralıların əksəriyyəti qadınlar və uşaqlardır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar