SON XƏBƏRLƏR

İranda Partlayış: 38 ölü və onlarla yaralı var

2021.10.20, 07:36
İranda Partlayış: 38 ölü və onlarla yaralı var

Gunaz.tv

GünAzTv: İranın Çabahar şəhərində terror aktı törədilib. Son məlumata görə, terror aktı nəticəsində 38 nəfər həlak olub. Onların arasında qadın və uşaqlar da var. Milli.Az «İRNA»ya istin adən xəbər verir ki, kamikadzenin İmam Hüseyn məscidinin yaxınlığında törətdiyi partlayış nəticəsində onlarla insanın həlak ola biləcəyi söylənilir. Lakin tələfat haqda hələ ki dəqiq məlumat yoxdur. Hələlik yalnız 50-60 yaralının olduğu bildirilir. Türkiyənin “Anadolu” agentliyi isə “Fars” xəbər agentliyinə istinadən xəbər verir ki, partlayış İranın Sistan-Belucistan əyalətinin mərkəzi Zahidandakı İmam Hüseyn məscidində baş verib. Məlumata görə, məsciddə iki partlayış olub. Şahidlər agentliyə bildiriblər ki, birinci partlayış məscidin yaxınlığında, ikincisi isə məsciddəki yas mərasimində törədilib. İranın rəsmi İRNA agentliyi partlayışı “terror aktı” adlandırıb və hadisə nəticəsində ölən və yaralananların olduğu barədə məlumat yayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar