SON XƏBƏRLƏR

Seneqal Tehrandakı səfirini geri çağırdı

2021.10.20, 07:36
Seneqal Tehrandakı səfirini geri çağırdı

Gunaz.tv

GünAzTv: Seneqal Xarici İşlər Nazirliyi dekabrın 14-də İrandakı səfirini geri çağırıb. Səfirin geri çağırılması oktyabr ayında Nigeriyada üzə çıxan gizli İran silahları ilə əlaqələndirilir.

O zaman silahla dolu 13 İran konteyneri Nigeriya sahillərində saxlanmışdı. Nigeriya təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, İrandan gizli gətirilmiş silahların son mənzili Qambiya olub.

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə,  Seneqal xarici işlər naziri Medik Niyanq dekabrın 14-də bəyanat yayaraq İranın silahlarla bağlı izahatından razı qalmadığını bəyan edib: “Ölkələr arasındakı münasibətlərdə sülh və təhlükəsizlik əsas meyar və prinsip sayılmalıdır. İranın Nigeriyada aşkarlanmış silahlarla bağlı verdiyi izahat qaneedici deyil. Elə buna görə də Seneqal İrandakı səfirini məşvərət aparmaq üçün geri çağırmaq qərarına gəldi”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar