SON XƏBƏRLƏR

Türkiyə və Amerika İranın nüvə proqramını müzakirə edəcəklər

2021.10.20, 07:36
Türkiyə və Amerika İranın nüvə proqramını müzakirə edəcəklər

Gunaz.tv

GünAzTv: Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu son 2 həftə ərzində ikinci dəfə Birləşmiş Ştatlara səfər edib. Səfər çərçivəsində Türkiyə xarici siyasət idarəsinin başçısı rəsmi Vaşinqtonla bir sıra məsələləri müzakirə edəcək. Birləşmiş Ştatların vitse-prezidenti Cozef Baydenin dəvəti ilə reallaşan səfərin əsas məqsədi BMT Təhlükəsizlik Şurasında İraqla bağlı keçiriləcək müzakirələrdə iştirak etməkdir. Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat üçün açıqlamasında bildirilir ki, Əhməd Davudoglu, BMT baş katibi Pan Gi Munla da görüşəcək. Görüşdə Kipr mövzusunda danışıqlar aparılacaq. Bundan başqa, xarici işlər nazirinin BMT Təhlükəsizlik Şurasının toplantısı çərçivsində müxtəlif ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşləri də nəzərdə tutulur. Müzakirə olunacaq məsələlərdən biri də İranın nüvə proqramı olacaq. İranın xarici işlər naziri Mənuçöhr Mottakinin istefaya göndərilməsi fonunda məsələ ilə bağlı bəzi qaranlıq məqamlar olsa da, rəsmi Vaşinqton danışaqların davam etdiriləcəyinə inanır. Bu arada ABŞ prezidenti Barak Obama ilə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub. İki ölkənin lideri «Wikileaks» saytında yayılan məlumatları müzakirə ediblər. Söhbət zamanı Ərdoğan və Obama yaşanan hadisənin uzun illərə söykənən iki ölkə arasindakı əməkdaşlığı pozmayacağına inandıqlarını bəyan ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar