SON XƏBƏRLƏR

ETTELAAT Abbas Lisaninin imicini təxrib etməyə çalışır

2021.10.20, 07:36
ETTELAAT Abbas Lisaninin imicini təxrib etməyə çalışır

Gunaz.tv

GünAzTv: ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) Ərdəbilli tanınmış milli-mədəni fəal cənab Abbas Lisaniyə zərbə vurmaq üçün yeni hiyləyə əl atıb.

 

Ərdəbilin ETTELAAT idarəsi Məhkəmə yetkililəri və Ərdəbil vilayətinin zindan məsulları ilə işbirili içində, azərbaycanlı tanınmış fəallın imicini pozmaq üçün, məhbus azərbaycanlı fəalların ailələrinin duğularından su istifadə etmək istəyirlər.

 

Belə ki, tutuqlanmış milli-mədəni fəalların ailəsi səlahiyyətli orqanlara müraciət edərkən onlara deyilib ki, “sizin övladınızın tutuqlanması və həbsə düşməsinin səbəbi Abbas Lisanidir. Siz Abbas Lisaninin mağazasına gedib və övladınızın azadlığını ondan istəyin.”

 

Fasr şovinizmi Abbas bəyi heç bir təzyiq vasitəsi ilə yolundan caydıra bilməyəcəyini görüncə, məhbus fəalların ailəsini onun mağazasının qarşısına göndərməklə Abbas bəyin imicinə ləkə gələcəyini düşünməkdədir. Elə bu məqsədlə bir neçə valideynin duyğularından istifadə edərək onları istədiyi hədəfə doğru istiqamət verə bilib.

 

Ancaq ETTELAAT unudub ki, bu tip hərəkətlərlə Abbas bəyin Azərbaycanlılar arasında olan şəxsiyyətinə xələl gətirmək mümkün deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar