SON XƏBƏRLƏR

“21 Azər”in 65-ci ildönümü Türkiyədə anılıb

2021.10.20, 07:36
“21 Azər”in 65-ci ildönümü Türkiyədə anılıb

Gunaz.tv

GünAzTv: Türkiyədə yaşayan bir qrup milli fəal “21 Azər” Güney Azərbaycan milli dövlətinin 65-ci  il dönümü münasibəti ilə tədbir kəçiriplər.

Türkiyənin Nevşehir şəhərində yaşayan Güney Azərbaycanlı milli fəallar “21 Azər” Güney Azərbaycan milli dövlətinin 65-ci  il dönümü münasibəti ilə Nevşehirin MHP (Milliyətçi Hərəkət Partisi) ofisində, Türkiyəli millətçi öyrəncilər və Nevşehir Ülkü Ocaqları başqanının iştirakı ilə tədbir keçiriblər.

Tədbirdə, Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) Təbriz üzrə sorumnlusu sayın Həsən bəy Əsədi Güney Azərbaycan milli dövlətinin quruluşu və bir il müddətində əldə etdiyi uğurlarla bağlı məlumat verib. Həsən bəy Əsədinin yanı sıra, Tanınmış Milli fəallardan Elyaz Yekanlı, İran Fars Faşist hökumətinin Günəy Azərbaycan millətinə zülm etməsindən və bu millətin ən ilkin haqlarından məhrum edilməsindən danışıb və Türkiyədə yaşayan soydaşlarımızı bu haqda həssas olmağa çağırıb.

Tədbirə qatılan Nevşəhir Ülkü ocaqları başqanı Azərbaycan və Türkiyənin qardaş olduğunu vurqalayaraq bu mövzuda da həssas olacaqlarını bildirb.

Tədbir Türkiyə və Azərbycan milli marşlarının oxunması və xatirə rəsimi çəkilməsi ilə sona çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar