SON XƏBƏRLƏR

Mənuçehr Mottəki – İran atomunun növbəti qurbanı

2021.10.20, 07:36
Mənuçehr Mottəki – İran atomunun növbəti qurbanı

Gunaz.tv

GünAzTv: 2009-cu ildə  yenidən prezident postunda qalmış Mahmud Əhmədinejad kabineti əsasən güc sturkturlarındakı tanışlarından formalşdırdı.

O zaman Mənuçehr Mottəki xarici işlər naziri  vəzifəsində qaldı. Çox keçmədi ki, prezidentlə arasında ziddiyyətin oluduğu haqda məlumatlar sızmağa başladı.

Lent.az-ın İran KİV-ə istinqadən yaydığı məlumata əsasən, o, nazir postu ilə vidalaşaraq, istefaya göndərilib. Mənbənin bildirdiyinə görə, bu vəzifəni İranın atom enerji təşkilatının keçmiş başçısı Əkbər Salehi müvəqqəti olaraq daşıyacaq.

Bu hadisəyə həsr edilmiş toplantıda M.Əhmədinejad 5 illik fəaliyyətinə görə M.Müttəkiyə təşəkkür edib, ancaq o, belə əlüstü qərarının səbəbi barədə açıqlama verməyib. Prezident «təşəkkür elan» etdiyi vaxt isə M.Müttəki Seneqalda rəsmi səfərdə olub.

Mənuçehr Mottəki 2005-ci ilin avqustunda, M.Əhmədinejad ilk dəfə prezident olanda xarici işlər naziri postunun tutub. Onun istefaya getməsi haqda məlumatlar bir ilə yaxındır yaılmaqdadır.  Bir müdət öncə, belə bir xəbər yayılmışdı ki, deputatlar Xarici İşlər Nazirliyinin fəaliyyətindən narazıdır. Onların qənaətincə, bu qurum İranın atom-nüvə proqramına dair Qərblə danışıqlarda İslam Respublikasının mövqeyini layiqincə müdafiə edə bilməyib : «Onun səmərəsiz fəaliyyəti ucbatından İran yeni beynəlxalq sanksiyalara məruz qalıb».

 

Qeyri-rəsmi xəbərlərə əsasən o da  bildirilirdi ki, İran XİN-in başçısı ölkə parlamenti tərəfindən ciddi himayə olunur. M.Əhmədinejadla ölkənin məclisi arasında münasibət heç də qaydasında deyil. Yerli müşahidəçilərin fikrincə, məclisi saymadığı kimi prezident xarici işlər naziri ilə də hesbalaşmır. Əhmədinejadın «təyin etdiyi xüsusi elçilər»  xarici siyasət kursunu bu sahəyə cavabdeh olan xarici işlər naziri ilə məsləhətləşmədən icar edir.  M.Mottəki isə  belə davranışı özünə qarşı «təhqir  hesab sayıb». Odur ki, davamlı olaraq, yayılırdı.

 

Belə bir xəbərlərdən  parlamenti qıcıqlanır, bəyan edirdi ki, Müttəkinin istefaya göndərilməsi «cəzası qalmayacaq». Ötən il də onun istefaya göndəriləcəyi haqda fikrilər səsləndirilidi. Onda nazir məsələyə çox soyuqqanlı yanaşdı və  bildirdi ki, prezidentin mövqeyinə hörmət edir. Bəzi təhlilçilərə görə, M.Mənuçehrin başına gələnlər onun müavininin «erməni soyqırım»ifadəsini işlətməsi ilə bağlıdır.

 

Bütün bunlara baxmayaraq M.Mottəki istefaya göndərildi. Görünür, Qərblə danışıqlardakı uğursuzluqla bağlı Tehran hakimiyyəti öz içində «günahkar» axtarır. Hələ bir neçə il öncə İranı Qərblə danışıqlarda təmsil edən milli təhlükəsizlik şurasının katibi «casusluqda» ittiham edildi. Bu baxımdan M.Müttəkini də belə bir perspektiv gözləyəcəyi istina edilmir.

Sədrəddin Soltan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar