SON XƏBƏRLƏR

İrana qarşı yeni sanksiya tətbiq ediləcək

2021.10.20, 07:36
İrana qarşı yeni sanksiya tətbiq ediləcək

Gunaz.tv

GünAzTv: Gələn ilin yanvarında keçiriləcək danışıqlara «altılıq» hazırlaşdığı bir halda Tehran hakimiyyətti bu öyndə müzakirələri uzatmağa hələ də üstünlük verir.

 

«DebkaFile»-ın yaydığı məlumata əsasən, hazırda İranın 19,75 faizə qədər zənginləşdirilmiş 23,5 kiloqram uranı var. Müstəqil şəkildə atom bombası  və ya raket-daşıyıcı üçün atom başlığına bu səviyyədə zənginləşdirilmiş 28,2 kiloqram uran yetərli sayılır. Başqa sözlə İranın öz məqsədinə çatması üçün 4,7 kiloqram uranı çatmır.

 

«DebkaFile» təhlilçilərinin qənaətincə, 6-8 aya  Nətənzdəki reaktor bu çatışmazlığı aradan qaldıra bilər.

 

Məlumata əsasən, Nətənzdəki Atom Elektrik Stansiyası gecə-gündüz işləyir, yüksək rütbəli hərbçilər irimiqyaslı hərbi təlim təşkil edir və  keçirir.

İRNA-nın bildirdiyinə görə, hərbi manevrlərə haqda məlumat versə də baş verənlər haqda təfərrüata varmayıb. İnqilab Keşikçiləri Qvardiyasının bu hərbi tədbiri ölkənin bütün informasiya vasitələri tərəfindən işıqlandırılır.

 

Təhlilçilərin fikrincə, İran hakimiyyəti bu sayaq manevrlərlə  hərbi gücü haqda illüziya yaratmağa səy göstərir. Bir müddət öncə elan edilmişdi ki, cari ilin dekabrında ölkənnin Cənub-Qərb bölgəsində, İraqla sərhəddə yaxın Xuzistan və İlam əyalətlərində hərbi təlimlər keçiriləcək.

 

İranın keçirəcəyi hərbi tədbirlər barəsində xəbərlərin yayıldığı bir vaxtda İtaliyanın baş naziri Silvio Berluskoni xəbərdarlaqı edərək, deyib ki, ABŞ (Amerika Birləşmiş Ştatları) və İsrail İrana qarşı atom silahı tətbiq edə bilər.

«La Stampa»-nın yazıdığına görə, bu xəbər qalmaqallı məşhur «Wikileaks»-də yerləşdirilib : «Silvio Berluskoni xəbərdarlıq edib ki, İranın atom obeyktlərinə ABŞ və İsrail ilkin nüvə silahı ilə hücum edə bilər.O bu haqda 2010-cu il fevralın 6-da ABŞ-ın müdafəi naziri Robert Geytslə görüşdə söyləyib».

«Radio Svaboda»-nın məlumatında isə bildirilib ki, Faşinqton və müttəfiqləri yaxın zamanda İrana qarşı yeni sanksiyalar tətəbiq etmək niyyətindədir.

 

Bu haqda kütləvi qırğın silahının probelmləri üzrə Ağ Evin müşaviri Heri Seymor bəyanat verib. Onun sözlərinə əsasən, yeni qadağların tətbiqində məqsəd Tehran hakimiyyətinin «zəif yerlərini» aşkarlayıb, o sahəyə təzyiqləri artırmaqdır. Bununla da uranı öz ərazisində zənginləşdirməkdən çəkindirmək üçün İran rəhbərliyinə maksimum probelmin yaradılmasına nail olmaq planlaşdırılıb.

H.Seymor ehtimal olunan sanksiyanın təfərrüatını açıqlamayıb.

Bu sayaq xəbərlərə istinadən demək olar ki, 2011-ci ilin yanvarı İran hakimiyyəti üçün yeni sınaq dövrünün başlanmasıdır. Qışın oğlan çağında Qərblə İslam Respublikası arasında istiləşməni baş verəcəyi ehtimalı çox azdır. Deyəsən, bu münasibət qış kimi sərt keçəcək…

Sədrəddin Soltan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar