SON XƏBƏRLƏR

Tehranda “Şəhrdari-İstiqlal” müsabiqəsində Milli Şüarlar səsləndirilib

2021.10.20, 07:36
Tehranda “Şəhrdari-İstiqlal” müsabiqəsində Milli Şüarlar səsləndirilib

Gunaz.tv

GünAzTv: iki gün öncə (dekabrın 11-ü , Azərin 20-i) Tehranda Təbrizin Şəhrdari futbol taxımı (Tim) ilə Tehranın İstiqlal taxımı arasında keçirilən müsabiqə zamanı milli şüarlar səsləndirilib.

 

Stadyoma (stadion) Giriş zamanı  soydaşlarımıza “Traxtur” taxımının Bayrağı və loqosunu keçirməsinə icazə verilməyib.

 

Stadyomu çoxlu polis qüvvələri bürüsədə soydaşlarımız hər zamankı kimi milli şüarlar səsləndirməyə nail olublar.

 

Onlar “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Azərbaycan yaşasın”, Ya ya ya şa şa şa – Azərbaycan çox yaşa”, “Azər 21-də  yazıldı - türk dilində”, “Gəlin gedək ağlayaq - Urmu Gölün dolduraq”, “Azərbaycan var olsun – Mətinpur azad olsun”, “Nə sağçıyıq nə solşu – Millətçiyik millətçi” və ... kimi şüarlar səsləndiriblər.

 

Müsabiqə bitdikdən sonra İstiqlal tərəfdarları stadyomu tərk ediblər. Ancaq “Şəhrdari” tərəfdarları yarım saatdan artıq Təhlükəsizlik Qüvvələri tərəfindən mühasirəyə alınıblar. Məmurlar onları yaxalamaq istəyirlərmiş. Ancaq soydaşlarımızın qəzəblənməsi və yüksək səslə şüarlar səsləndirmələrı səbəb olub ki, məmurlar qapıları açsınlar və onlar stadyomdan xaric olsunlar.

 

Bu olayın bir hissəsini aşağıdakı filmdən izləyə bilərsiniz:

http://www.4shared.com/video/9Afm-pf5/hrdari-stiqlal-Azadi.html

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar