SON XƏBƏRLƏR

İranda daha bir islami qalstuk (kravat) qeydiyyatdan keçib

2021.10.20, 07:36
İranda daha bir islami qalstuk (kravat) qeydiyyatdan keçib

Gunaz.tv

GünAzTv: İran  İsalm Respublikasında islam dəyərlərinə uyğun olduğu iddia edilən daha bir qalstuk hazırlanıb.  

Avtoqələm şəklində olan qalstukun müəllifi Hümmət Komeyli onu İran Sənaye Mülkiyyətləri İdarəsində qeydiyyatdan bildirib. Hümmət Komeyli bu ilin noyabr ayında ikibaşlı qılınc şəklində olan islami qalstuk hazırlamışdı.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə,  məlumatına görə, İranın “Asriran” saytı “Yığışdırın bu ədabazlıqları” başlıqla yazı dərc edərək üzərində “Quran” ayələri olan bu kimi qalstukların hazırlanmasını kəskin tənqid edib: “Yığışdırın bu əda və oyunbazlıqları! Bu üzdəniraq islami qalstukları hazırlayanın niyyəti xeyir olsa da, nəzərə almaq lazımdır ki, bu işlər islama xidmət etməkdən çox din və İranın zəifləməsi deməkdir. Bu cənabın əvvəlki “yaradıcılığı” bütün dünyada beynəlxalq ictimaiyyətin məzhəkə və məsxərəsi ilə qarşılandı. Qalstuk Qərbin bir geyim tərzidir. Ya onu biryolluq olduğu kimi qəbul etmək, ya da tamamilə kənara qoymaq lazımdır. Yoxsa onu islamiləşdirməyə cəhdin nə mənası var?”

1979-cu il İranda islam inqilabı qələbə çalandan sonra hökumət idarələrində və digər rəsmi yerlərdə Qərb mədəniyyətinin simvolu kimi təqdim edilən qalstuk taxmağa qadağa qoyulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar