SON XƏBƏRLƏR

Amerikada türk dünyasına qarşı qərar çıxarılıb

2021.10.20, 07:36
Amerikada türk dünyasına qarşı qərar çıxarılıb

Gunaz.tv

GünAzTv: “Erməni soyqırımı”nda “zərərçəkən”lərin varisləri sığorta şirkətlərinə təzminat davası aça biləcək.

Amerika Federal Apelyasiya məhkəməsi keçən il verdiyi qərarı pozaraq 1915-ci il hadisələrində ölən ermənilərin varislərinin özlərinə təzminat ödənilməsi üçün sığorta şirkətlərinə iddia aça bilməsi barədə hökm çıxarıb.

Bundan əvvəl San Francisco ştatında yerləşən 9-cu Apelyasiya məhkəməsi keçən il buna oxşar məhkəmə qərarını ləğv etmişdi. Həmin qərar Kaliforniya quberniyasında 9 il əvvəl qəbul edilmişdi və 1915-ci il hadisələrində ölən ermənilərin varislərinə sığorta şirkətlərinə qarşı iddia açma səlahiyyətini verirdi.

GünAzTv mətbuat mərkəzinin “Yeni musavat”-a istinadən yaydığı məlumata görə, Məhkəmə əvvəlki ləğv etmə səbəbinin əksinə “ABŞ (Amerika Birləşmiş Ştatları) xarici siyasətinin 1915-ci il hadisələri mövzusunda qəti bir mövqe sərgiləməməsi səbəbi ilə qanunun federal xarici siyasətlə ziddiyyət təşkil etmədiyini” açıqlayıb. Məhkəmə ləğvetmə qərarında “Kaliforniya əyaləti qanununu ABŞ-ın rəsmi xarici siyasətinə “Konstitusiyaya xarici bir müdaxilə” olaraq görmüş, əyalət qanunlarının bu qanunları pozuntu edə bilməyəcəyini” vurğulamışdı.Son məhkəmə qərarından dərhal sonra erməni varislər Munich Re AG şirkəti daxil olmaqla 3 alman sığorta şirkətinə iddia aça biləcək. İddiada erməni varisləri təmsil edən vəkil Brian Kabateck “vəziyyətin tamamilə gözlənilmədən bu cür inkişaf etdiyini” iddia edərək, “bunu erməni xalqı üçün böyük bir zəfər” adlandırıb. ABŞ mətbuatı da məhkəmənin bu addımının nadir hadisə olduğunu və çaşdırıcı bir vəziyyət yarandığını deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar