SON XƏBƏRLƏR

Milli-mədəni fəal Hüseyn Əliməhəmmədi 6 ay həbs cəzasına məhkum edilib

2021.10.20, 07:36
Milli-mədəni fəal Hüseyn Əliməhəmmədi 6 ay həbs cəzasına məhkum edilib

Gunaz.tv

GünAzTv: Təbrizin İnqilab məhkəməsi azərbaycanlı fəal cənab Hüseyn Əliməhəmmədini 6 ay bəbs cəzasına məhkum edib.

 

Məhkəmə Hüseyn Əliməhəmmədini bölücü qrupla əlaqədə olmaq, Anadili günündə Bildiriş yaymaq, “Traxtur” futbol komandasının müsabiqələrində aktiv şirkət etmək və milli şüarlar səsləndirmək, Xomeyni və Xamneyiyə qarşı təhqiramiz  karikaturları kompüterində saxlamaq və ... kimi əməllərdə günahlandırır.

 

Adını çəkdiyimiz fəal məhkəmə tərəfindən yuxarıda qeyd etdiyimiz əməllərinə görə, Xomeyniyə Təhqir, sistemin əleyhinə təbliğ və ümumi asayişi pozmaqda ittiham edilib.

 

Sonda Məhkəmə Əliməhəmmədini 6 ay azadlıqdan məhrum edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar