SON XƏBƏRLƏR

İran növbəti dəfə Azərbaycanın daxili işlərinə müdaxilə edib

2021.10.20, 07:36
İran növbəti dəfə Azərbaycanın daxili işlərinə müdaxilə edib

Gunaz.tv

GünAzTv: Azərbaycanda orta məktəblərdə şagirdlərin dərsə hicabla gəlməsinə qadağa qoyulması ilə bağlı yaranmış gərginliyə İran müdaxilə edib.

“Tehran Times” qəzeti xəbər verir ki, İranın ən nüfuzlu ayətullahlarından biri Lütfullah Safi Qulpayqani Azərbaycanın bu ölkədəki səfirini görüşə dəvət edib. Görüş ayətullahın Qum şəhərindəki iqamətgahında baş tutub.

Bildirilir ki, İran ayətullahı səfirə Azərbaycanın öz dini ənənələrinə və İslam irsinə sadiq qalması barədə mesaj verib. Qulpeyqani deyib ki, Azərbaycana qarşı yönələn təbliğat kampaniyası azərbaycanlılar arasında ziddiyyətlərə səbəb olmamalıdır. O, İranla Azərbaycanı siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı gücləndirmək üçün səylər göstərməyə də çağırıb. Ayətullaha görə, İranla Azərbaycan onların birgə maraqlarına daxil olan məsələlərdə ortaq mövqedən çıxış etməlidir. Azərbaycan səfiri isə öz növbəsində ölkədə dini azadlıqlara qadağa qoyulmadığını, müstəqilliyin əldə edilməsindən bu yana 1500-ə yaxın məscidin tikildiyini bildirib. Qeyd edək ki, Azərbaycanda bundan əvvəl hakimiyyət orqanlarının bəzi məscidlərin sökülməsinə dair çıxardığı qərarla bağlı yaranan gərginliyə də İrandan sərt müdaxilə olmuşdu. O vaxt İranın dini rəhbərləri Azərbaycanın ünvanına təhdidlərdən ibarət bəyanatlarla çıxış etmişdilər. Nəticədə hakimiyyət həm ölkə daxilində dindarların artan narazılığını azaltmaq, həm də İrandan qaynaqlanan müdaxiləni neytrallaşdırmaq üçün məscidlərin sökülməsi qərarından daşınmışdı. İrandakı situasiya ilə bağlı məlumatlı olan mənbədən əldə etdiyimiz məlumata görə ayətullah Qulpayqani bu ölkənin hakim rejiminə yaxın hesab edilmir. O, daha çox islahat tərəfdarı olan din xadimi kimi tanınır və müxalifətə yaxın sayılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar