SON XƏBƏRLƏR

İran Səkinə Aştiyanini təkrar televiziya ekranına çıxarıb

2021.10.20, 07:36
İran Səkinə Aştiyanini təkrar televiziya ekranına çıxarıb

Gunaz.tv

GünAzTv: İnsan hüquqlarının müdafiəsi təşkilatları İran televiziyasında ölümə məhkum edilmiş bir qadının cinayətini etiraf etməsini göstərən proqramın yayımlanmasını tənqid ediblər.

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Həmin proqramda ərinə xəyanətə görə daşqalaq edilməklə ölümə məhkum olunmuş qadının guya öz gunahını etiraf etməsi və ərini necə qətlə yetirdiyini izah etməsi nümayiş etdirilib.

Səkinə Məhəmmədi Əştianiyə ölüm hökmü kəsiləndən bəri İran beynəlxalq birlik tərəfindən kəskin tənqidlərlə üzləşib.

Amnesty International təşkilatının bir sözçüsü deyib ki, televiziya vasitəsilə cinayətdə etirafın nümayiş etdirilməsi ədalətli məhkəmə ilə bağlı beynəlxalq standartları pozur.

İran höküməti deyir ki, Səkinə Əştianinin cinayət işi hələ də İran ədliyyə sistemindən keçməkdədir və onun həyatı xilas oluna bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar