SON XƏBƏRLƏR

Özbəkistan prezidenti İslam Kərimov Moskvaya şərt qoydu

2021.10.20, 07:36
Özbəkistan prezidenti İslam Kərimov Moskvaya şərt qoydu

Gunaz.tv

GünAzTv: İslam Kərimov bildirib ki, "Kollektiv Təhlükəsizlik Müzaviləsi Təşkilatının kollektiv qüvvələri MDB məkanındakı münaqişələrdə iştirak edə bilməz"Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələri kollektiv qüvvələrdən KTMT və MDB məkanında baş verə biləcək hadisələr zamanı istifadəsinə ehtiyatla yanaşmağa çağırıb.Bu barədə məlumatı RİA Novosti agentliyi yayıb. KTMT-nin Moskvada keçirilən zirvə toplantısında çıxış edən Özbəkistan prezidenti bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təyinatı qurum üzvü olan ölkələrin xarici təhlükədən qorunması ilə bağlıdır: "KTMT heç bir halda qurum üzvü olan ölkələr arasında, eləcə də MDB məkanında baş verən qarşıdurmalarda, dövlətlərarası münaqişələrdə iştirak etməməlidir".KTMT-nin kollektiv qüvvələrindən üzv dövlətlərin ərazilərində baş verə biləcək zorakılıq halları zamanı istifadə olunması ilə bağlı məsələyə münasibət bildirən Özbəkistan lideri qeyd edib ki, belə hallar müxtəlif ssenarilər əsasında da baş verə bilər: "Məsələn xarici qüvvələrin birbaşa maliyyəsi və iştirakı ilə. Bu baxımdan, ölkələr daxilində mümkün zorakılıq hallarının təşkilatçılarının kimliyi barədə məsələ diqqətlə araşdırıldıqdan sonra bu və ya digər qərarın qəbul edilməsi mümkündür".İslam Kərimovun sözlərinə görə, Qırğızıstan hadisələrindən ibrət dərsi götürmək lazımdır: "Əgər o zaman Özbəkistanın, Qazaxıstanın, yaxud Rusiyanın bir hərbçisi belə Qırğızıstan sərhəddini keçsəydi, bu qarşısıalınmaz alovlanmaya səbəb olardı".MDB dövlətləri ərazisində müxtəlif münaqişələrin olduğunu xatırladan Özbəkistan prezidenti KTMT-nin kollektiv qüvvələrinin baş verə biləcək hər hansı prosesdə iştirakının yolverilməz olduğunu vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar