SON XƏBƏRLƏR

Azərbaycan Milli Hökumətinin yaranmasının 65-ci ildönümüdür

2021.10.20, 07:36
Azərbaycan Milli Hökumətinin yaranmasının 65-ci ildönümüdür

Gunaz.tv

GünAzTv: Azərbaycan Milli Hökumətinin yaranmasının 65-ci ildönümü münasibəti ilə bir qrup Milli Hərəkat fəalları tərəfindən marağlı afışa (Puster) hazırlanıb.

 

Afışada yerləşən şəkillər, siyasi məhbuslar, dar ağacları, xəritə və ... dilsiz bir dillə danışmaqdadırlar. Afişada göründüyü kimi Azərbaycanın və azərbaycanlıların başına gələn hadisələr ardıcıllıq xarakter daşıyır və heçdə təsadüfi deyil.

 

xatırladaq ki, 65 il öncə, 12 Dekabr 1945 (21 Azər 1324) tarixində Azərbaycan Demokrat Firqəsi, mərhum Seyyid Cəfər Pişəvəri rəhbərliyi ilə Azərbaycan millətini demokrası, rifah və azadlığa qovuşdurmaq üçün Azərbaycan milli hökümətini quraraq, İranda hakim olan Fars şovinizminə çox ağır bir zərbə endirməyi başardı.

 

21 Azər (12 dekabr) Hərəkatı kimi tarixə düşən və birillik mövcudluğu dönəmində bir sıra uğurlu imza atan (ölkədə universitet, radio, xəstəxana, filarmoniya açıldı, çoxlu fabriklər tikildi, işsizliyə son qoyuldu, öz doğma dilimizdə məktəblər fəaliyyətə başladı, şəhərlər abadlaşdı və yollara asfalt döşəndi) Mlli Hökumət şah rejiminin qaniçənliyi nəticəsində minlərlə şəhid versə də, Azərbaycan xalqının yaddaşında əbədi yaşama haqqı qazanıb. "Aralarında Sovetlər Birliyinin də olduğu bir sıra dövlətlərin xəyanəti nəticəsində qan gölündə boğulan Güney Azərbaycan Milli Höküməti milli azadlıq mübarizəsinin sonucu olaraq millətimizin varlığını bütün dünyaya sübut etdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar