SON XƏBƏRLƏR

Səkinə Aştiyani barədə ziddiyətli xəbərlər ...

2021.10.20, 07:36
Səkinə Aştiyani barədə ziddiyətli xəbərlər ...

Gunaz.tv

GünAzTv: Dekabrın 9-da İranın ingilisdilli “Press TV” televiziyası məhbus azərbaycanlı qadın Səkinə Məhəmmədi Aştiyanidən kadrlar göstərib.

Kadrların dekabrın 4-də qadının Üskü şəhərindəki evində çəkildyi bildirilib. Xəbər verilib ki, qadını məhbəsdən evinə ərinin qətli epizodunu təsvir etməsi üçün gətiriblər.

Aştiyani Təbrizdəndir. O, əri qətlə yetiriləndən sonra iki kişi ilə zina etməkdə günahlandırılaraq 2005-ci ildə tutulub. Sonradan Aştiyaniyə yeni iş açılıb. O, ərinin qətlində iştirakda və onun sağlığında da zina etməkdə günahlandırılıb daşqalaq yolu ilə edama məhkum olunub.

Bu il oktyabrın 10-da Aştiyaninin oğlu Səccad Qadirzadə, vəkili Hutən Kiyan və onlardan müsahibə almaq istəyən iki alman jurnalist də İranda tutulub.

“Frans Press” isə xəbər verir ki, İran hakimiyyəti Aştiyanini azadlığa buraxıb. Məlumata görə, 43 yaşlı qadının, eləcə də oğlunun və vəkilinin dekabrın 9-da azadlığa buraxıldığını Almaniyanın “Anti-Stoning Committee” hüquq müdafiə təşkilatı bəyan edib. “Frans Press” rəsmi Tehranın hələ bu xəbərə şərh vermədiyini bildirib. Media forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar