SON XƏBƏRLƏR

“Traxtur”un “Piruziyə” qələbəsi Urmu universiteti öyrəncilərinin böyük sevincinə səbəb olub

2021.10.20, 07:36
“Traxtur”un “Piruziyə” qələbəsi Urmu universiteti öyrəncilərinin böyük sevincinə səbəb olub

Gunaz.tv

GünAzTv: Dünən 17 il fasilədən sonra Tehranın “Piruzi” futbol taxımı (Tim) Təbrizin “Traxtur” taxımının təkərləri altında əzildi.

 

(1 – 0) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşan müsabiqə bütün Azərbaycanı sevindirib. Urmu Universitetinin türk öyrənciləri isə müsabiqə bitdikdən sonra yataqxanalardan çölə çıxıb və geniş şənlik ediblər.

 

Öyrəncilər sevinc içində, bir daha Azərbaycanlıların hər zamankı şüarlarını var gücləri ilə səsləndiriblər.

 

“Azərbaycan diyarımız – Traxtur iftixarımız”, “Yaşasın Azərbaycan”, “Türk dilində mədrəsə - Olmalıdır kəsə” və ... kimi şüarlar bir daha Azərbaycanlıların vahid mövqeyi kimi yüksəlib.

 

Xatırladaq ki, bu qələbədən sonra “Traxtur” superliqa rəqabətləri cədvəlinin 5-ci yerinə yüksəlib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar