SON XƏBƏRLƏR

Amerikalı diplomat : «Türkiyə İranla bağlı beynəlxalq öhdəliyə əməl edəcək»

2021.10.20, 07:36
Amerikalı diplomat : «Türkiyə İranla bağlı beynəlxalq öhdəliyə əməl edəcək»

Gunaz.tv

GünAzTv: Türkiyənin İrana qarşı sanksiyaya qouşlması məsələsi ətrafında çeşdili mülahizələr söylənilməkdədir.

 

ABŞ  (Amerika Birləşmiş Ştatları) Dövlət Departametinin təmsilçisi Filipp Krouli gündəlik brifinqdə bildirib ki, Türkiyə ilə İran arasındakı ticarət İslam Respublikasına tətbiq edilən yasaqlara ziddi deyil.

 

«Türkiyə İranın qonuşusudur. Onların ortaq iqtisadi əlaqələri var. Elə malları var ki, İranla onun alverini sərbəst şəkildə etmək olar»-deyən, amerikalı diplomatın sözlərinə görə, Türkiyə aydınca bildirib ki, üzərinə düşən beynəlxalq öhdəliklərə əməl edəcək.

 

ABŞ rəsmiləri onu da bəyan edib ki, Tehranın atom-nüvə proqramı ilə bağlı müzakirələrdə müsbət nəticə əldə etmək üçün  «altılıq»a aid olmayan dövlətlər də öz yardımını edə bilər. İran hakimiyyəti isə bu məsələyə Türkiyənin də fəal şəkildə qoşulmasını istəyir. Bundan başqa nəzərə almaq lazımdır ki, 2011-ci ilin yanvarında İstanbulda «altılıq»la İran arasında danışıqlar başlayacaq. Odur ki, Türkiyə ilə bağlı amerikalı diplomatın bəyanatını həm də Tehrana növbəti dəfə «fora» kimi də dəyərləndirmək olar.

 

Xatırladaq ki, cari ilini mayında İran, Türkiyə və Braziliya arasında uranın nüvə yanacağına dəyişdirilməsinə dair Tehranda müqavilə imzalanmışdı. Həmin anlaşmaya əsasən nüvə yanacağı qarşılığında İslam Respublikası girov kimi Türkiyəyə 1200 kq. zəif zənginləşdirilmiş uran verməli idi. Bu zaman Fransada həmin urandan yanacaq hazırlanıb, Türkiyənin vasitəsi ilə İran nüvə yanacğını almalı idi. Əgər yanacaq istinilən səbəbdən Tehrana verilməzsə, o zaman müqaviləyə görə Ankara Tehranın girov uranını İrana qaytarılmalıdı. 

 

Türkiyə tərəfdən «yaşıl» işığın yandığını görən, İran hakimiyyəti isə  körfəzdə ticarət məqsədilə istifadə etdiyi ərəb limanlarını Türkiyəninkilərlə dəyişmək niyyətindədir.

 

Türkiyənin Qara dəniz və Aralıq dənizlərindəki limanlarına səfər edən Tehranın Ankaradakı səfiri Bəhmən Hüseynpur jurnalistlərə deyib ki, İran ticarət əməliyyatları sahəsində  körfəzin Cənubundakı ərəb ölkələrindən asılılığını azaltmaq niyyətindədir: “Biz körfəzdəki ticarətimizin böyük bir hissəsini Türkiyəyə köçürmək, Türkiyə limanlarından istifadə etmək niyyətindəyik. Həm İran, həm də Türkiyə rəsmiləri bu ideyaya dəstək verirlər”.

 

Bəhmən Hüseynpur İranın limanları dəyişmək planının səbəbini açıqlamayıb.

 

Xatırladaq ki, Tehran hakimiyyəti İrana qarşı hərbi əməliyyatlara başlanılacağı halda  körfəzdən neftin və başqa malların daşınmasının qarşısını alacağını bəyan edir. Bundan yayınmaq və ya İslam Respublikası rəhbərliyinin yaradacağı ehtimal olunan problemlə üzləşməmək üçün ərəb dövlətləri bu akvatoriadakı limanların yerini dəyişməyi planlaşdırıb. Sədrəddin Soltan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar