SON XƏBƏRLƏR

“Traxtur” taxımı “Piruzini” məğlubiyyətə uğratdı

2021.10.20, 07:36
“Traxtur” taxımı “Piruzini” məğlubiyyətə uğratdı

Gunaz.tv

GünAzTv: Təbrizin “Traxtur” futbol taxımı (Tim) olduqca prinsipial müsabiqədə Tehranın “Piruzi” taxımını məğlubiyyətə uğratdı.

 

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 18-ci həftəsində keçirilən müsabiqənin birinci hissəsində “Traxtur” oyunçusu Casim Kərrar 27-ci dəqiqədə penalti zərbəsi ilə 1 qol vurdu.

 

Müsabiqənin ikinci hissəsində isə heç bir taxım tərəfindən qol vurulmadı.

 

Bununlada müsabiqə (1 – 0) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşdı.

 

Müsabiqənin ikinci hissəsində Casim Kərrar, hakim tərəfindən ona qırmızı kart göstərildiyi üçün oyundan xaric edildi. Bundan sonra “Traxtur” taxımı 10 nəfərlə oyunu davam etdirməli oldu.

 

Qeyd edək ki, Bu gün Təbrizin səhənd stadyomunda yerli vaxtla saat 15:00-də başlanan qarşılaşmada “Traxtur” tərəfdarları böyük həyəcanla öx taxımlarını təşviq etdilər.

Prinsipial xarakter daşıyan müsabiqədə 70000 nəfərlik səhənd stadyomu (stadion) tamaşaçı ili dolmuşdu. Hətta ayaq üstə minlərlə tamaşaçı var idi. Həmçinin minlərlə tamaşaçı təpələr üstündən müsabiqəni izləyirdi. Məlumata görə,  bu müsabiqədə ən azı 100000 nəfər tamaşaçılar qismində iştirak edib.

 

Müsabiqə zamanı polis tərəfindən yaxalananlar vəya digər xoşagəlməz hadisələrlə bağlı hələlik məlumat yoxdur. Növbəti xəbərlərimizdə müsabiqənin təfərrüatı barədə məlumat yayılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar