SON XƏBƏRLƏR

Keçmiş diplomat İranın daha bir sirrini açıb

2021.10.20, 07:36
Keçmiş diplomat İranın daha bir sirrini açıb

Gunaz.tv

GünAzTv: Bu ilin yanvarında istefa verdikdən sonra Norveçdən siyasi sığınacaq alan İranın Oslodakı keçmiş konsulu Məhəmmədrza Heydəri dekabrın 7-də jurnalistlərə açıqlamasında Tehranın nüvə fəaliyyətinin mahiyyətindən danışıb.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə,  məlumatına görə, Məhəmmədrza Heydəri deyib ki, 2002-2007-ci illərdə Şimali Koreya nüvə mütəxəssislərinin İrana gizli gəlişinin şahidi olub: “Onları öz gözlərimlə görmüşəm. Gizli şəkildə İrana gələn bu mütəxəssisləri elə ehtiyatla yerbəyer edirdilər ki, kimsə onları görə bilməsin.

 

100 faiz əminəm ki, İranla Şimali Koreya arasındakı bu gizli əlaqələr bu gün də davam edir. Mənim İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) bir sıra üzvləri ilə əlaqələrim var. Onlar da İranın atom bombası istehsal etmək cəhdində olduğunu təsdiqləyirlər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar