SON XƏBƏRLƏR

Bir qrup fəal öyrənci “21 Azər” münasibəti ilə Bəyanat yayıblar

2021.10.20, 07:36
Bir qrup fəal öyrənci “21 Azər” münasibəti ilə Bəyanat yayıblar

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın bir qrup öyrənci fəalları 21 Azər gününün növbəti ildönümü ərəfəsində yeni bəyanatla çıxış ediblər.

 

Öyrəncilər Bəyanatın bir hissəsində belə qeyd edirlər:

"Doğma Azərbaycanımızın işğalından artıq 65 il keçir. 65 il öncə Böyük Pişəvəri Azərbaycanı müstəqil elan etdi. Firqey-i Demokrat 1 il müddətinda Azərbaycana o qədər xidmət etdi ki ondan sonra pəhləvilər və islami hakimiyyət 10-lar ildir o xidməti edə bilməyiblər, daha doğrusu etmək istəməyiblər.

 

Bəyanatda Firqey-i Demokratın etdiyi xidmətlər sadalandıqdan sonra fars şovinizminin dünya fövqəlgücləri ilə birləşib Azərbaycanın Milli Hökumətini vəhşicəsinə yıxmaları şiddətlə qınanıb.

 

Qeyd olunur ki, Fars şovinizmi indidə yeni formada rus, erməni və hətta kürdlərin vasitəsi ilə Azərbaycana təzyiq göstərmələri xatırlanır.

Öyrəncilərin yaydıqları bəyanatda, Azərbaycan gəncləri bütün bu hadisələri unutmamağa çağırlır və fars şovinizminin hazırdada eyni mahiyyəti daşıdığı bildirilir.

 

Bəyanatda azərbaycanlı fəalların İran rejiminin zindanlarında milli mənsubiyyətlərinə görə çürümələridə İran rejiminin şovinisti siyasətinin tərkib hissəsi olduğu bildirilir."

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar