SON XƏBƏRLƏR

Dağlıq Qarabağ münaqişəsi Brüsseldə müzakirə olunub

2021.10.20, 07:36
Dağlıq Qarabağ münaqişəsi Brüsseldə müzakirə olunub

Gunaz.tv

GünAzTv: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi Brüsseldə keçirilən Rusiya - Avropa Birliyi sammitində müzakirə olunub.

Brüsseldə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Litvanın xarici işlər naziri Audronyus Ajubalis isə minsk qrupunun həmsədrləri ilə görüşündə bildirib ki, ölkəsi ATƏT-ə sədrlik etdiyi dövrdə əsas diqqətini dondurulmuş münaqişələrin həllinə yönəldəcək. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi Brüsseldə keçirilən Rusiya - Avropa Birliyi sammitində müzakirə olunub. Sammitdə iştirak edən Rusiya Prezidenti Dmitri Medvedev bildirib ki, zirvə toplantısında tərəflər münaqişənin tənzimlənməsi və regionun təhlükəsizlik məsələlərini diqqət mərkəzində saxlayıblar . Avropa Birliyi ATƏT-in Astana sammitində Dağlıq Qarabağla bağlı verilən bəyanatı alqışlayıb. Avropa Birliyi – Azərbaycan Əməkdaşlıq Şurasının iclasında isə Avropa qonşuluq siyasəti fəaliyyət planının həyata keçirilməsinin sürətləndirilməsi diqqət mərkəzində olub. Tərəflər əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri, həmçinin ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olmaq imkanlarını müzakirə ediblər. Əməkdaşlıq Şurası həmçinin dondurulmuş münaqişələrin həllinə dair mövcud vəziyyəti də nəzərdən keçirib. Dağlıq Qarabağ münaqişəsi Vilnüsdə Litvanın xarici işlər naziri Audronyus Ajubalisin minsk qrupunun həmsədrləri ilə görüşündə də müzakirə mövzusu olub. Xarici işlər naziri bildirib ki, münaqişələrin həllinin bütün dövrlərində ATƏT-in rolunu möhkəmləndirmək lazımdır. Tərəflər dekabrın1-2-də Astanada keçirilən sammitin nəticələrinə də toxunublar. Bundan əlavə tərəflər, Azərbaycan və Ermənistan arasında etimada sövq edə biləcək vasitələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar