SON XƏBƏRLƏR

Ermənistan Abxaziya və Cənubi Osetiyanı tanımağa hazırlaşır?

2021.10.20, 07:36
Ermənistan Abxaziya və Cənubi Osetiyanı tanımağa hazırlaşır?

Gunaz.tv

GünAzTv: Ermənistan «Beynəlxalq müqavilələr haqqında» qanuna tanınmamış dövlətlərlə müqavilələr və hüquqi sənədlər imzalamğa icazə verən dəyişiklik etməyə hazırlaşır.

«Ermənistan həmişə Dağlıq Qarabağ Respublikası ilə münasibətlərini beynəlxalq hüququn bərabərhüquqlu subüekti kimi qurub».Bu bəyanatla Ermənistan Xarici İşlər naziirinin müavini Şavarş Koçaryan Ermənistan parlamentində sözügedən layihənin müzakirəsi zamanı çıxış edib. Deputatların bu dəyişiklik Abxaziya və Cənubi Osetiya ilə də hüquqi münasibətlər qurmağa imkan verəcəkmi sualına Koçaryan belə cavab verib: «Bu artıq bizim seçimimizin sualıdır, qanun yol verir».Politoloq Cümşüd Nuriyev «Üç nöqtə»yə bildirib ki, Ermənistanın bu dəyişikliyi etməsinə əsas səbəb heç də qondarma Dağlıq Qarabağ Respublikası ilə hüquqi münasibətlər qurmaq məsələsinə görə deyil: «Ermənistanın indiyədək nümayiş etdirdiyi davranışlar onun «DQR» ilə hüquqi münasibətlər qurmaq kimi probleminin olmadığını ortaya qoyur. İndiki halda belə bir dəyişikliyin qəbul edilməsi Abxaziya və Cənubi Osetiya ilə hüquqi müstəvidə əməkdaşlıq etmək niyyətindən xəbər verir. bu isə gələcəkdə Rusiyanın da «DQR» ilə hüquqi əməkdaşlıq etməsinə zəmin hazırlmmaq üçün gedən prosesdir. Bunun ardınca isə gələcəkdə Ermənistanın Abxaziyanı və Cənubi Osetiyanı, Rusiyanın isə Dağlıq Qarabağı tanıması planı nəzərdə tutulur». Üç nöqtə

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar