SON XƏBƏRLƏR

Qəzvində tələbələr etiraz aksiyasi keçirib

2021.10.20, 07:36
Qəzvində tələbələr etiraz aksiyasi keçirib

Gunaz.tv

GünAzTv: İrandan növbəti aksiya sədaları gəlir. Bu dəfə dekabrın 7-də Qəzvin şəhərinin Azad İslam Universitetində 16 Azər Tələbə Günü münasibəti ilə aksiya keçirilib.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə,  “Diktatora ölüm”, “Allahu əkbər”, “Tələbə ölər, zillətə dözməz” şüarları səsləndirən tələbələr dinc müxaliflərə qarşı təzyiqlərə etiraz bildiriblər. 3 minə yaxın tələbənin qatıldığı aksiyada siyasi məhbusların azadlığa buraxılması tələb olunub.

Etiraz aksiyasına qatılan tələbələrlə İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatına (hökumət tərəfdarı könüllülər) üzv tələbələr arasında cüzi qarşıdurmanın yarandığı da vurğulanır.

Ərak Universitetində, Tehranın Politexnik Universitetində də tələbə aksiyalarının keçirildiyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar