SON XƏBƏRLƏR

Zəngilan rayonuna Suriya və Ermənistandan ailələr köçürülür

2021.10.20, 07:36
Zəngilan rayonuna Suriya və Ermənistandan ailələr köçürülür

Gunaz.tv

GünAzTv: İşğal altında olan Zəngilan rayonuna Suriyadan, Ermənistandan ailələr köçürülür. Erməni hakimiyyəti onlara köç üçün yardım da söz verib.

GünAzTv: İşğal altında olan Zəngilan rayonuna Suriyadan, Ermənistandan ailələr köçürülür. Erməni hakimiyyəti onlara köç üçün yardım da söz verib, amma hələlik köçkün ailələr belə yardımı almadıqlarını deyirlər. Buna baxmayaraq, Zəngilana köçənlər bildirirlər ki, əlverişli iqlimi və münbit torpaqlarına görə Zəngilana göçdüklərinə peşiman deyillər. "Azadlıq Radiosu"nun Ermənistan xidmətinin əməkdaşının Zəngilan şəhərində məskunlan erməni ailələrdən bir neçəsi ilə görüşüb, xarabaya döndərilmiş şəhərdən videogörüntülər çəkib.

Qeyd edək ki, Zəngilan rayonunu Ermənistan silahlı qüvvələri 1993-cü il oktyabrın 29-da işğal edib. İşğal ərəfəsində rayonun 35 min əhalisi olub və bu insanlar hazırda Bakıda yataqxanalarda və ölkənin müxtəlif rayonlarında müvəqqəti məskunlaşıblar. Rayonun 707 min kvadrat kilometr ərazisinin tam işğal olunub, 200 nəfərə yaxın yerli sakinin qətlə yetirilib, 50-ə yaxın adamın itkin düşüb, rayona təxminən 1 milyard 390 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar