SON XƏBƏRLƏR

Tel-Aviv Ankaradan üzr istəməyə hazırdır

2021.10.20, 07:36
Tel-Aviv Ankaradan üzr istəməyə hazırdır

Gunaz.tv

GünAzTv: Yanğına qarşı birgə mübarizənin ardından iki ölkənin məmurları Cenevrədə bir araya gəldilər.

9 adamın həyatını itirməsi ilə nəticələnən «Mavi Mərmərə» basqınından bu yana Türkiyə və İsrail arasında ilk dəfə üz-üzə yüksək səviyyədə təmas baş tutub. Xarici İşlər Nazirliyinin müşaviri səfir Firidun Sınırlıoğlunun Cenevrədə İsrailin yüksək vəzifəli bir səlahiyyətlisi ilə görüşdüyü açıqlanıb. Xarici İşlər Nazrliyinin sözçüsü Səlcuq Ünal Sınırlıoğlunun bazar günü Cenevrəyə gedərək İsrail məmuru ilə görüşdüyünü təsdiqləyib.

GünAzTv mətbuat mərkəzinin “Bizim Yol” qəzetinə istinadən yaydığı məlumata görə, İsrailin «Haaretz» qəzeti də ölkənin baş naziri Binyamin Netanyahunun Karmel dağlıq bölgəsində baş verən yanğını söndürmək cəhdlərinə Türkiyənin də yardım etməsinin ardından, Ankara ilə diplomatik böhranı aradan qaldırmaq səylərini ardırdığını yazıb. Qəzet Netanyahunun Qəzzaya yardım aparan gəmilərə qarşı təşkil edilən basqını araşdıran BMT Komissiyasında İsrailin nümayəndəsi Yozef Seçanoveri Sınırlıoğlu ilə görüşmək üçün Cenevrəyə göndərdiyini bildirmişdi. «Haaretz» qəzetinin dünənki sayında isə müzakirələrin məzmunu ilə bağlı əldə etdiyi məlumatları ortaya çıxarıb. Qəzetin yazdığına görə Türkiyə tərəfi öz səfirinin Təl-Əvivəqaytarması və Ankaraya yeni bir İsrail səfirinin təyinatını qəbul etməsi üçün İsrailin gəmidə öldürülənlərin ailələrinə təzminat ödəməyə hazır olduğunu bildirməsini şərt olaraq irəli sürüb. Qəzetin yazdığına görə, Cenevrə müzakirələri zamanı tərəflər İsrailin üzr istəməsi məsələsini diqqət mərkəzində saxlayıblar. İsrailin ilkin olaraq bu addıma hazır olduğu ehtimalı da mətbuat da yer alıb. Baş nazir Rəcəb Tayyib Ərdoğan bazar günü Türkiyənin mövqeyini bir daha vurğulayaraq qarşılıqlı əlaqələrdə yalnız İsrailin üzr istəməsi və təzminat ödəməsindən sonra yeni bir səhifə açıla biləcəyini bildirmişdi. «Haaretz» yazıb ki, müzakirələr hələ ilkin mərhələdədir və əsl müzakirələr üçün Ərdoğan və Netenyahunun təsdiqi lazımdır. Məqalədə qeyd edilir ki, iki ölkə arasında başlanmış müzakirələri İsrail hökumətinin digər ortaqları isti qarşılamırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar