WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
GünAzTv: Bəzi ərəb ölkələri İranla İsrail arasındakı hərbi münaqişədə maraqlı olsalar da, onun fəlakətli miqyas ala biləcək nəticələrindən narahatdır. Ekspertlər belə hesab edir. "WikiLeaks"in materiallarında göstərilən bəzi ərəb ölkələri nəinki hərbi ssenari qurur, həm də İranla İsrailin hərbi toqquşmasını özləri üçün optimal hesab edərək, ölkələri ona təhrik edirlər, çünki bu münaqişə ərəb dünyasının iki tarixi düşmənini zəiflədəcək". Bu barədə Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski elektron poçtla "Trend"ə bildirib. Noyabrın sonlarında məxfi materialların çap edilməsi üzrə ixtisaslaşan "WikiLeaks" saytı tərəfindən ABŞ-ın müxtəlif ölkələrdəki diplomatik missiyalarından 250 min məxfi diplomatik məktub və teleqram "New York Times"a və bir sıra ABŞ və Avropa KİV-nə ötürülüb. Həmin sənədlər İrandakı vəziyyətlə bağlı ərəb dünyasının ciddi narahatlığını əks etdirir. Belə ki, Səudiyyə Ərəbistanı Kralı ABŞ-ı dəfələrlə nüvə proqramına son qoymaq üçün İrana hücum etməyə çağırıb. Sənədə görə, 2008-ci ilin aprelində Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Pentaqonun nümayəndələrilə görüşündə yenidən bu xahişi səsləndirərək bəyan edib: "Siz [amerikalılar] ilanın başını əzməlisiniz". Bəhreyn kralı Həmad ibn İsa ötən ilin noyabrında nəyin bahasına olursa-olsun İranın nüvə proqramının dayandırılması barədə danışıb. Dərc olunan sənədlərə görə, İran Misirdə, BƏƏ-də və İordaniyada "şər" və "dəyişməz" təhlükə kimi dəyərləndirilir. Satanovskinin fikrincə, şiələrin yəhudilərlə müharibəsinin ssenarisi "Əl-Qaidə"yə rəğbət bəsləyən mühafizəkar sünni ruhaniləri üçün idealdır. Buna baxmayaraq, onlar bununla bağlı israillilərlə birbaşa açıq əlaqələr qura bilmir və bunu diplomatik kanallar, o cümlədən ABŞ vasitəsilə edir. Rusiyalı ekspert hesab edir ki, ərəb dünyası, "Fələstin xalqının hüquqları" məsələsi istisna olmaqla, həm formal, həm də faktiki olaraq bir olmayıb, deyil və olmayacaq. Satanovskinin sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahunun "WikiLeaks"in İranla bağlı dərc etdirdiyi materiallara reaksiyasına gəldikdə, aydındır ki, onun sözləri [Netanyahunun] həqiqətə tam uyğundur və nəşrlər "Polişinelin sirrini" açıb. "Nüvə silahı əldə edən İran İsrail və Yaxın Şərqdə sülh və bütün bəşəriyyət üçün ciddi təhlükədir. Yaxın Şərq liderləri uzun müddət gizli danışdıqlarını bundan sonra açıq şəkildə danışacaqlar" - Benyamin Netanyahu bazar ertəsi bildirib. İsrailin baş naziri güman edir ki, İran hücum edərsə, məhz İsrail "bu hücumun birinci, lakin sonuncu olmayan hədəfi olacaq". "WikiLeaks"in sənədləri arasında müdafiə naziri Ehud Barakın dediyi sözlər də yer alıb. Onun sözlərinə görə, İranın nüvə obyektlərinə yalnız 2010-cu ilin sonlarınadək zərbə endirməyin mənası ola bilər. 2010-cu ildən sonra "istənilən hərbi həll yolverilməz ziyana gətirib çıxara bilər". Amerikalı ekspert Vladimir Sokor hesab edir ki, İrana hərbi hücum, region ölkələri də daxil olmaqla, bütün ölkələr üçün ağır nəticələrə gətirib çıxaracaq. "Təkcə neftin qiymətləri, Fars körfəzinin blokadası, İrandan qaçqın axını və Tehran tərəfinin bu hücuma görə cavabdeh hesab etdiklərinə qarşı düşmənçiliyi barədə düşünməyə dəyər" - Corctaun Fondunun (Vaşinqton) əməkdaşı Sokor "Trend"ə bildirib. Sokorun sözlərinə görə, Səudiyyə Ərəbistanı beynəlxalq arenada vacib oyunçu deyil və onun tərəfindən belə bəyanatlar bu ölkə hakimiyyətinin kamil olmadığını sübut edir. "İrana hücumun mümkünlüyü ilə bağlı bir çox spekulyasiyalar mövcuddur. Buna baxmayaraq, bu hücumun ən böyük əleyhdarı Pentaqondur. Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts və ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Birləşmiş Komitəsinin rəhbəri, admiral Mayk Mallen İran probleminin hərbi yolla həllinin ən qatı əleyhdarlarından biridir" - o, deyib. Sokor İsrailin İrana münasibətində öz hədələrində ciddi olub-olmadığına əmin deyil. Onun fikrincə, belə təhdidlərdə məqsəd, əsasən, ABŞ və Qərbi Avropa hakimiyyətlərini qorxutmaq və hücumlardan qaçmaq üçün onları İrana qarşı daha çox iqtisadi sanksiyalar tətbiq etməyə yönəltməkdir. "Bu, İsrailin Vaşinqtonda istifadə etdiyi, eləcə də Vaşinqtonun öz növbəsində Avropada yürütdüyü diplomatik taktikadır. Fikirlərin məntiqi zənciri belədir: İsrail hücumla hədələyir, Vaşinqton bəyan edir ki, biz İrana hücumdan qaçmaq üçün sanksiyalar tətbiq etməliyik, daha sonra Vaşinqton BMT TŞ-nin sanksiyalar tətbiq etməsini dəstəkləmək üçün Qərbi Avropaya müraciət edir" - o deyib. Amerikalı ekspertin sözlərinə görə, indiyədək İsrailin hədələri BMT TŞ tərəfindən İrana qarşı iqtisadi sanksiyaların tətbiqinə hesablanmış siyasi jest kimi görünür. "Belə hədələrə inanmağa dəyməz. Lakin bu hədələr çox zərərlidir, çünki İrana hücum haqqında ideyalara güc verir, bu məsələni müzakirələr üçün ənənəvi mövzu edir" - Sokor deyib. Lakin Sokorun fikrincə, belə hədələrin daha mənfi nəticələri İsraillə İran arasında siyasi dialoq üçün maneədir. "İsrail və İran bir-birini hədələdikcə iki ölkə arasındakı münasibətlərə yenidən baxıla bilməz. Bu ölkələr İranda şahın idarəçiliyi dövründə müttəfiq olub. Odur ki, İsraillə İranın daimi düşmən olmaları üçün tarixi səbəb yoxdur" - o deyib. İranın İsraillə diplomatik əlaqələri yoxdur və onu dövlət kimi tanımaqdan imtina edir. İran Prezidenti Mahmud Əhmədinejad müntəzəm olaraq İsrailin tezliklə süqut edəcəyi barədə danışır. Londonda yaşayan iranlı ekspert Əlirza Nurizadə Fars körfəzindəki ərəb ölkələrinin İranın nüvə proqramını region üçün ciddi təhlükə mənbəyi hesab etmələrilə razılaşır və hesab edir ki, İran əldə etdiyi nüvə silahından onlara qarşı istifadə edə bilər. "İran nüvə silahı yaradarsa, ABŞ və İsrail tərəfdən ona hücumlar qaçılmaz olacaq, baxmayaraq ki, ABŞ və İsrail İrana qarşı hərbi qüvvə tətbiq etmək istəmir" - Ərəbistan-İran Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əlirza Nurizadə Londondan telefonla "Trend"ə bildirib. Onun fikrincə, ərəb ölkələri İrana hücum nəticəsində öz ölkələrində müharibənin başlayacağından ehtiyat edir. Lakin Yaxın Şərq və İran-ərəb münasibətləri üzrə iranlı ekspert Həsən Xanızadə hesab edir ki, Netanyahunun söylədikləri həqiqətə uyğun deyil, çünki İranla ərəb ölkələri arasındakı mövcud fikir ayrılıqlarına baxmayaraq, ərəb ölkələrinin İrana düşmən münasibət bəsləməsi üçün əsas yoxdur. "Ərəb dövlətləri liderlərinin İrana münasibətdə mövqeyi bu ölkələrin xalqları baxımından fərqlənir. İsraillə mübarizədə İran ərəb dünyası üçün nümunədir. İrana hər hansı hücum baş verərsə, bu, ərəb və müsəlman xalqlarında reaksiya doğuracaq ki, bu da həmin ölkələrin liderləri üçün problem yaradacaq" - Xanızadə Tehrandan telefonla "Trend"ə bildirib. Xanızadə Fars körfəzi ölkələrinin İranın nüvə proqramı ilə bağlı narahatlığı barədə qeyd edib ki, hazırda Misir, Küveyt, Səudiyyə Ərəbistanı və BƏƏ kimi ərəb ölkələri mülki məqsədlər üçün istifadə məqsədilə nüvə enerjisi istehsal etməyi planlaşdırır, ona görə də onlar başqa ölkələri dinc nüvə fəaliyyətinə görə qınaya bilməz.
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
İranda daha bir molla öldürüldü
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko