SON XƏBƏRLƏR

Ermənistan mətbuatı: «Müharibə mütləqdirsə, onda nə qədər tez olsa, o qədər yaxşıdır»

2021.10.20, 07:36
Ermənistan mətbuatı: «Müharibə mütləqdirsə, onda nə qədər tez olsa, o qədər yaxşıdır»

Gunaz.tv

GünAzTv: Çünki Ermənistan günü-gündən zəifləyir, Azərbaycan isə əksinə, güclənməkdədir. Deməli, əgər müharibə mütləqdirsə, onda nə qədər tez olsa, o qədər yaxşıdır.

Ermənistanda nəşr olunan “Çorrord İnknişxanutyun” qəzeti 1-2 dekabr tarixlərində Qazaxıstan paytaxtı Astanada keçirilən ATƏT sammiti ilə bağlı bəzi məqamlara toxunub. ANS press-in “Regnum”a istinadən verdiyi xəbərə görə, qəzet ehtimal edir ki, həm Ermənistanda, həm də ki Azərbaycanda əslində Astanada nə baş verdiyi anlaşılmaz qalıb. Nəşrə görə, hər iki münaqişə tərəfi özünü vəziyyətdən qalib kimi çıxdığını göstərir və bu isti mülahizələr fonunda Astananın əsas yekunu ikinci planda qalıb. Qəzet qeyd edir ki, əslində sammitin yekunu ATƏT-in ciddi bir təşkilat kimi fəaliyyətsizliyini nümayiş etdirdi. Erməni nəşri belə bir qənaətə gəlib ki, Astana sammiti danışıqlar prosesinin üzərindən xətt çəkib və iki ölkə arasında növbəti müharibəni yaxınlaşdırıb. “Bu yaxşıdır yoxsa pis? Əlbəttə yaxşıdır. Çünki Ermənistan günü-gündən zəifləyir, Azərbaycan isə əksinə, güclənməkdədir. Deməli, əgər müharibə mütləqdirsə, onda nə qədər tez olsa, o qədər yaxşıdır. Bu mənada Astana həqiqətən də bizim uğurumuzdur”, - deyə erməni nəşri yazır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar