SON XƏBƏRLƏR

“Traxtur” taxımının qadın tərəfdarları problem içində

2021.10.20, 07:36
“Traxtur” taxımının qadın tərəfdarları problem içində

Gunaz.tv

GünAzTv: Bir qrup “Traxtur” futbol taxımının (Tim) tərəfdarları növbəti müsabiqəyə dəvət məqsədi ilə Afişa (puster) hazırlayıblar.

 

Hazırlanmış afişada “Traxtur” taxımının keçmiş müsabiqələrində, xanımların olduğu göstərilir.

 

Həmçinin afişa üzərində yazılıb ki, “Traxtur” tərəfdarı olan xanımlar dünyanın ən məzlum futbol azarkeşləridirlər.

 

Qeyd edək ki, İran rejiminin xanımlara qarşı tətbiq etdiyi qadağalara  görə, xanımlar müsabiqəni izləyə bilmirlər. Ona görədə “Traxtur”un azərbaycanlı xanım tərəfdarları keçən müsabiqələrdə səhənd stadyomunda (stadion) gedən müsabiqələri təpələrin üstündən izləməyə məcbur olublar. Ancaq Təhlükəsizlik Qüvvələri onları burdada rahat buraxmayıb, onlara qarşı hücum edib və dəfələrlə tutuqlayıblar.

 

Xatırladaq ki, dekabr ayının 9-u (Azər ayının 18-i) Tehranın “Piruzi” taxımı ilə Təbrizin “Traxtur” taxımı arasında müsabiqə keçiriləcək.

Səhənd stadyomunda keçiriləcək müsabiqə hər iki taxım üçün prinsipial xarakter daşıyır. Məhz bu səbəbdən stadyomda 10000-lə tamaşaçının hazır olacağı güman edilir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar