SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarları: Birinci addımı Əli Dayi atsın

2021.10.20, 07:36
“Traxtur” tərəfdarları: Birinci addımı Əli Dayi atsın

Gunaz.tv

GünAzTv: Bir qrup “Traxtur” tərəfdarı Azərbaycanın ümumi mənafeini nəzərə alaraq Tehranın “Piruzi” futbol taxımının Baş Məşqçısı (mürəbbi), soydaşımız Əli Dayi ilə barışmaq istəyirlər.

 

Onlar bununla bağlı afişa (puster) nəşr ediblər. Afişada qeyd olunur ki, “Düşmənlərin planını pozmaq üçün birinci addımı Əli Dayi atsın. Azərbaycan öz qəhrəmanlarını yalnız buraxmır.

 

Əli Dayi sübut edib ki, üzr istəməyə cəsarəti çatır. Ola bilsin ki, bir millət bunu gözləyir, ona görə ki, hamı bilir ki məsələ yalnız futboldan ibarət deyil.

 

Vaxtı ilə biz “Traxtur” tərəfdarları fəryad qoparıb və bağırırdıq: “Dayi, Baqiri  - Türklərin İftixarı”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar