SON XƏBƏRLƏR

İran ərəb ölkələrini inandırmağa çalışır

2021.10.20, 07:36
İran ərəb ölkələrini inandırmağa çalışır

Gunaz.tv

GünAzTv: İran Körfəzdəki ərəb liderlərin Tehranın nüvə proqramı ilə bağlı narahatlıqlarını bildirdiyinə dair açıqlamalar aşkar olandan sonra qonşularını onlar üçün təhlükə olmadığına əmin etməyə çalışır.

 

Dünən Bəhreyndə Körfəzdə Təhlükəsizliyə dair konfransda çıxış edən İran Xarici İşlər naziri Mənuçehr Mottəki deyib ki, daha güclü İrandan qorxmaq lazım deyil.

 

O bildirib ki, İranın regionda gücü onların da gücü deməkdir.

 

Qeyd edək ki, Qərb ölkələri İranı nüvə silahı istehsalı üçün texnologiyalar üzərində işləməkdə ittiham edir. İran bu iddiaları rədd edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar