SON XƏBƏRLƏR

“Traxtur-Neft” müsabiqəsi və səsləndirilən şüarlar

2021.10.20, 07:36
“Traxtur-Neft” müsabiqəsi və səsləndirilən şüarlar

Gunaz.tv

GünAzTv: Dünən oktyabr ayının 4-ü (Azər ayının 13-ü) Təbrizin səhənd stadyomunda (stadion) keçirilən müsabiqə “Traxtur” taxımının (Tir) qələbəsi ilə sona çatdı.

 

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 17-ci həftəsində baş tutan müsabiqə (3 – 1) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşdı.

 

Müsabiqə boyu milli taxımımız tamaşaçılar tərəfindən şiddətlə təşviq edildi və küçmiş yarışlar kimi milli şüarlar səsləndirildi.

 

30000 nəfər tamaşaçı “Traxtur” taxımını dəstəkləməklə birlikdə Azərbaycanın milli hüquqları zəminində də şüarlar səsləndirdilər.

 

Səsləndirilən şüarlar bunlardan ibarət idi: “Azərbaycan yudumuz – Traxtur bozqurdumuz”, “Yaşasın Azərbaycan”, “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Azərbaycan var olsun – Dayi gözün kor olsun”, “Yayaya, şaşaşa - Azərbaycan çox yaşa”, “Türklərin iftixarı Traxtur Traxtur”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə və ...”

 

Həmçinin “Traxtur” tərəfdarları yaxın günlərdə keçiriləcək olan “Traxtur-Piruzi” müsabiqəsinədə hazırlıqlarını göstərib və bu barədə belə bir şüar səsləndirdilər: “Piruzi hazır ol...”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar