SON XƏBƏRLƏR

Ankarada Türk dünyası jurnalistlərinin Qurultayı keçiriləcək

2021.10.20, 07:36
Ankarada Türk dünyası jurnalistlərinin Qurultayı keçiriləcək

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə,  bu xəbər Türkiyə Cümhuriyyəti Nazirlər Kabinetinin məsul işçisi Murat Karakaya tərəfindən deyilib.

Türkiyə Cümhuriyyəti Nazirlər Kabinetinin Mətbuat-Yayım İnformasiya Baş İdarəsinin rəhbəri Murat Karakaya «Türkiyə-Azərbaycan münasibətlərində medianın rolu» mövzusunda keçirilən dəyirmi masada dekabrın 21-də Ankarada türk ölkələrinin jurnalistlərinin qurultayınin  keçiriləcəyini bəyan edib.

 Murat Karakaya azərbaycanlı jurnalistlərin Türkiyədəki mətbuat orqanlarında təcrübə keçməsi ilə bağlı layihə hazırlandığını diqqətə çəkib. Parlament Jurnalistlər Birliyi ilə Türkiyə Qəzetçilər Federasiyasının birgə layihəsi çərçivəsində keçirilən tədbirdə qardaş ölkələrin kütləvi informasiya vasitələrinin milli maraqlar çərçivəsində birgə fəaliyyətinin zərurəti vurğulanıb. Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı isə Azərbaycanda Türk dünyası jurnalistlərinin klubunun yaradılacağını açıqlayıb. Qeyd edək ki, dəyirmi masada «Anadolu mətbuatının Yeni siması-Yerli mətbuatda səhifə tərtibatı» kitabının Azərbaycan dilinə tərcümə olunan versiyasının təqdimatı da keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar