İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
GünAzTv: Astana sammitində Qarabağa dair heç bir nəticənin əldə olunmaması sülh prosesində imkanların tükəndiyini göstərir.
ATƏT-in Astanada 11 illik fasilədən sonra baş tutan sammiti Qarabağa dair gözlənilən ümidləri doğrultmadı. Bu sammit çərçivəsində nəinki Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanmasına dair mövcud olan baza prinsiplərini razılaşdırmaq mümkün olmadı, üstəlik heç prezidentlərin görüşü də alınmadı. Neçə vaxtdır danışıqlarda vasitəçiliyi üzərinə götürən Rusiya və digər həmsədr ölkələr yaranmış vəziyyətdə ancaq ona nail ola bildilər ki, münaqişə tərəfləri ilə birgə ümumi məzmunlu, münaqişənin sülh yoluyla həllinə dair səylərin davam edəcəyindən bəhs edən birgə bəyanatı elan etdilər. Belə məlum olur ki, Rusiya prezidentinin vasitəçiliyi ilə həştərxanda oktyabr ayında təşkil edilmiş danışıqlardan sonra xarici işlər nazirləri, Minsk Qrupunun həmsədrləri vasitəsilə aparılan təmaslar Ermənistanı konstruktiv mövqeyə gətirə bilmək üçün yetərsiz qalıb. Belə vəziyyətdə Azərbaycan prezidenti İlham Əliyev Astanada Ermənistan dövlət başçısı Serj Sərkisyanla görüşməyə heç bir lüzum görməyib.
Astana sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri arasında gözlənilən görüşün baş tutmamasına Azərbaycan Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov aydınlıq gətirib. ANS TV-nin məlumatına görə, Prezident Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycan prezidenti görüş xatirinə görüşməmək prinsipinə riayət edir. “Azərbaycan prezidenti görüşlə bağlı həmişə belə bir prinsipə riayət etdiyini söyləyir. "O zaman görüşmək lazımdır ki, onun bir nəticəsi, əhəmiyyəti olsun. Görüşə nə ilə isə getmək lazımdır". Söhbət bundan gedir. Orada görüşün keçirilməsinə ehtiyac olmadı. Sadəcə olaraq, görüş zamanı hər hansı bir məsələ ətrafında danışmaq, irəliyə bir addım atmaq, qərara gəlmək lazımdır. Əgər bu gözlənilmirsə, o görüşün olmasına ehtiyac varmı? Görüş xatirinə görüş keçirmək Azərbaycan prezidentinin prinsipinə yaddır", - deyə N.Məmmədov bildirib. N.Məmmədov həmçinin sammit çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin Azərbaycan və Ermənistan prezidentləri ilə birgə bəyanatına da münasibət bildirib: “Astana sammitində həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin Azərbaycan və Ermənistan prezidentləri ilə birlikdə bəyanatı oldu. Bu bəyanat haqqında demişəm, bir daha təkrar edirəm. Bu bəyanatda əksini tapan məsələlər bir daha Ermənistanın münaqişənin həlli ilə bağlı qeyri-konstruktiv rol oynamasını məhdudlaşdıracaq”.Məlum olub ki, bu dəfə də ATƏT sammitində 1996-cı ildə Lissabonda keçirilən sammit zamanı yaşananlar təkrarlanıb. Rusiya və Ermənistanın etirazları üzündən sammitin yekun bəyannaməsinə Qarabağ münaqişəsinin və digər münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğuna dair müddəa daxil etmək mümkün olmayıb. Ancaq ATƏT-in fəaliyyətdə olan sədrinin adından bu prinsipə istinad edilən ayrıca bəyanat qəbul edilib. Xarici işlər nazirinin müavini Araz Əzimov bu məsələyə aydınlıq gətirərkən deyib ki, Astana sammitinin yekun sənədində münaqişələrin nizamlanmasının əsas prinsipləri əks olunmayıb, lakin sammit çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev tərəfindən xüsusi bəyanat verilib ki, burada da, Helsinki yekun Aktının prinsipləri qeyd olunur. Sammitin ikinci günü Azərbaycanı təmsil edən Araz Əzimov bu bəyanatın rəsmi Bakının xeyrinə olduğunu deyib: “Bəzi dövlətlərin tutduğu mövqe sammitin sənədlərində münaqişələrin həllinin kökündə duran əsas prinsiplərin təsbit olunmasına imkan vermədi. Çünki ATƏT konsensus əsasında fəaliyyət göstərən təşkilatdır və biz əsas məqsədimizə nail olmaq üçün bütün addımlarımızı atmışıq. Amma münaqişələrə dair ümumi, lakin prinsipial səviyyə daşıyan müvafiq bəyanatlara nail olmuşuq. Bundan başqa, Azərbaycanın xahişi ilə Qazaxıstanın xarici işlər naziri ATƏT-in sədri qismində sammitin yekununda əlavə bəyanat verib ki, bu bəyanat da sammitin rəsmi sənədi kimi qəbul olunur. Bəyanat həlli uzadılmış münaqişələrin nizamlanması prinsipləri ilə bağlıdır. Burada münaqişələrin həlli üçün əsas götürülən prinsiplər sadalanıb və təsdiqlənib ki, bu prinsiplər 1975-ci ildə necə vacib və hüquqi qüvvəyə malik idisə, 2010-cu ildə də eyni qüvvəyə malikdir”. Araz Əzimov bildirib ki, bütün bu prinsiplər bir-biri ilə bağlıdır və eyni şəkildə yerinə yetirilməlidir. Onun sözlərinə görə, bu bəyanat bizim maraqlarımıza uyğun gəlir, çünki öncə münaqişənin həlli üçün təklif etdiyimiz əsas prinsiplər ondan ibarətdir ki, Azərbaycan ölkənin ərazi bütövlüyü çərçivəsində ermənilərə muxtariyyət verəcək modelin işlənməsinə razılıq verib və Helsinki yekun Aktında qeyd olunduğu kimi müqəddəratı təyin etmək hüququ ərazi bütövlüyü prinsipini pozmadan, onunla harmoniya şəklində həyata keçirilməlidir (ANS).Beləliklə, Qarabağ münaqişəsinin nizamlanması üçün vasitəçilik edən ATƏT-in bu münaqişənin həlli baxımından nə dərəcədə qeyri-effektiv qurum olduğu Astanada bir daha üzə çıxıb. Belə vəziyyətdə sülh danışıqlarının gələcəyi kifayət qədər qaranlıq görünür və məlum deyil ki, nəticəsiz başa çatan növbəti ildən sonra nə baş verəcək? Ermənistan münaqişəni mümkün qədər uzadıb işğalı möhkəmləndirmək taktikasından geri çəkilmir, danışıqlarda vasitəçilik edənlər isə ona təzyiqlər etmir. Rusiya prezidenti Dmitri Medvedyev vasitəçilik səylərinə xeyli vaxt ayırsa da məlum olur ki, Kremldə heç də hamı Ermənistanı sülhə sövq etməkdə maraqlı deyil. Ermənistan prezidenti Serj Sərkisyan Madrid prinsiplərinin yenilənmiş variantına bu günədək cavab verməyib. Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi üçün səsvermənin qeyri-müəyyən müddət sonra keçirilməsi prinsipinə əvvəlcə razılaşsa da bu ilin yanvarında gözlənilmədən ondan imtina edib və səsvermə üçün konkret vaxt limiti istəyib. Məhz bu danışıqları pozan əsas elementlərdən biridir. İndi ən optimist təhlilçilər belə münaqişənin həllinə dair danışıqlar prosesində yaxın gələcəkdə hansısa dönüşün yaranacağına şübhə edirlər. Deməli, növbə silaha çata bilər, başqa seçim isə sadəcə olaraq yoxdur...
Yeni musavat
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
İranda daha bir molla öldürüldü
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko