SON XƏBƏRLƏR

Urmu Gölü quruyur yoxsa qurudulur?!

2021.10.20, 07:36
Urmu Gölü quruyur yoxsa qurudulur?!

Gunaz.tv

GünAzTv: bir qrup fəal azərbaycanlı öyrəncilərinin araşdırmaları təcisəsində İran rejiminin Azərbaycana qarşı apardığı mərkrli siyasəti  bir daha ifşa olunub.

 

Araşadırmalar nəticəsində məlum olub ki, Urmu Gölünə tökülən çayların üzərində tikilən səddlər bir başa dövlətin nəzarəti altında baş tutur.

 

Balıq saxlamaq üçün fiziki şəxslərə icarə verilən səddlər arxasında xeyli miqdarda su saxlanılır. Bu barədə milliyətçə fars olan bir sahibkar bildirib ki, icarə etdiyim səddən hətta bir damla belə Urmu Gölü üçün su buraxmaram. Ona görə ki bu səddi və onun arxasında saxlanılan suyu 5 il müddətinə dövlətdən icarə etmişəm və bunun üçün 300000 dollar (300 milyon tümən ) pul ödəmişəm.

 

Araşdırmalar nəticəsində bəlli olub ki, başqa səddlər də oxşar vəziyyətdə, dövlət tərəfindən qurulub və icarə verilib.

 

Ətraf Mühiti Qoruyan idarəsinin məsulu cənab Abbaspur bildirib ki, hazırda 1 milyard 700 milyon kvadrat (metr-i mukəəb) su, səddlər arxasında zəxirə olunub. Bu sular dövlət tərəfindən ən azı 5 il müddətinə icarə verilib və pulları alınıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar