İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
GünAzTv mətbuat mərkəzinin növbəti müsahibi “Millətçilik” qəzetinin baş redaktoru, tanınmış yazar-araşdırmaçı Pərviz Elaydır.
- Pərviz bəy, Quzey Azərbaycanda siyasi partiyaların, ictimai təşkilatların, Güney Azərbaycanla bağlı fəaliyyətləri sizi qane edirmi?
- İlk növbədə mən “GünAz.TV”-yə dərin minnətdarlığımı bildiririrəm. Bu telekanal Azərbaycanın bütövləşməsi üçün olduqca önəmli bir iş görməkdədir.
Quzey Azərbaycandakı ictimai və siyasi təşkilatlar Güney Azərbaycan sorununda iki amili əsas tutaraq fəaliyyət göstərirlər. Öncə, bu təsisatların ictima-siyasi və maddi resursları və ikincisi, Quzey Azərbaycan Dövlətinin milli maraqları. Quzey Azərbaycanın siyasi və ictimai qurumları sırf siyasi mübarizə və hüquqi çərçivələrdə fəaliyyət göstərməkdədirlər. Bu çərçivələrə baxmayaraq fəaliyyət meydanını “dar” adlandırmaq olmaz. Milli və beynəlxalq qanunlara əsaslanaraq Güney Azərbaycan türklərinin milli və insan hüquqlarının müdafiəsi, Güney Azərbaycan Türklüyünə qarşı farslaşdırma, diskriminasiya siyasətinin digər formalarına qarşı etiraz Quzeyli qurumların Güney sorununda əsaslandığı siyasi-hüquqi bazanı təşkil edir. Bu bazadan çıxış edərək müxtəlif davamlı tədbirlər həyata keçirilə bilər. Bu yönlü fəaliyyətin Quzey Azərbaycanda olmamasını demək ədalətsizlik olardı. Amma hər halda milli platformada duran təşkilatlarımızın bu məsələdə fəaliyyəti daha planlı, sistemli və effektiv yöndə gedə bilərdi. Təəssüflər ki, biz bu sahədə daha çox sistemsizliyi, pərakəndə və fraqmentar fəaliyyəti izləyirik. Bunu isə qanedici saymaq olmaz.
- Bu gün fars şovinistləri iddia edirlər ki, türklər İrana gəlmədirlər, onların hansısa hüquq tələb eləməyə haqqları yoxdur. Bir tarixçi olaraq, bu fikrə münasibətinizi öyrənmək istərdik.
- Birincisi, qədim farsların İran ərazisinə gəlişindən əvvəl buradakı sivilizasiyanın Türk və Elam (Dravid) köklü olması barədə bilgilər istər dilçilik, istərsə də arxeoloji baxımdan güclü əsaslara malikdir. Hətta, işğalçı sovet dönəmində Quzey Azərbaycan tarix elmində zorla farspərəst xətti yeritməyə çalışan İqrar Əliyev 30-cu illərdəki tədqiqatlarında aqqlünativ prototürk dilli tayfaların regionda aborigen olduğu fikrini söyləmişdir. Sonrakı, 60-70-ci illərdəki tədqiqatlarında o, qədim farslaraqədərki müasir İran və Güney Azərbaycan ərazisində arxeoloji oturaq aborigen mədəniyyətin “türkköklü” olmasını dilə gətirməsə də, onun “elam-dravid” köklü olmasını bildirirdi. Gülməli haldı ki, bu farspərəst alim qədim Mərkəzi İranın və Azərbaycanın oturaq aborigen əhalisini məntiqə zidd olaraq “elam-dravid” köklü adlandırmağa üstünlük verirdi ki, təki “türk” termini işlənməsin?!
Ümumiyyətlə, ilkin Türk dilinin Ata Yurdunun guya Altay dağları çevrəsində yerləşməsi, müasir İran və Azərbaycana gəlmə olması barədə səhv və qərəzli fikirlərin Avropa elmində nə üçün və necə mütləq tezisə çevrilməsi, həmçinin, bu səhv və qərəzli fikrin təkzibi tam ayrıca bir mövzudur. Məsləhət görərdim, bəzi farspərəst anti-türkçülər mərhum alim Məhəmməd Zehtabi Kirişçinin “İran türklərinin tarixi” əsərini oxusunlar. Ya da heç olmasa, fars tarixçisi Nasir Purpirarın “On iki əsrlik sükut: İran tarixinin təməllərinə baxış” əsərinə diqqət yetirsinlər. Onda “mədəni fars-ari irqinin qədim İrana mədəniyyət gətirməsi” kimi beyinlərindəki süni təsəvvür çilik-çilik olar.
İkincisi, yüzilliklər boyu qonşuluqda olmuş xalqlardan indi birinin digərinə münasibətdə “mən yerliyəm, sən isə gəlməsən, ona görə də haqqın yoxdur” məntiqindən çıxış etməsi absurddur. Bu cür iddia yadların gəlməsi zamanında deyilməli idi, daha 1000 və ya 2000 il sonra yox. Tarixi həqiqət Türkün regionun aborigen etnosu olmasını sərgiləyirsə, onda biz gərək farslara, qaraçılara və d. “ari” xalqlarına, həmçinin, ərəblərə “haqqınız yoxdur, ya getməlisiniz, ya türkləşməlisiniz” deməliyik? Bu absurd “məntiqi” dünya dəstəkləsə, onda, gərək anqlo-saksonlar başda olmaqla, Avropa köklü amerikalılar, afroamerikalılar və digərləri hər iki Amerika qitələrindən, Avstraliyadan çıxmalıdırlar? İstər məntiqi, istərsə də faktoloji baxımdan fars şovinistlərinin bu yönlü fikirləri tənqidə dözmür.
Mən bir faktı deyim ki, müasir farsdilli etnoslar içərisində talışlar e.ə. I minilliydə regiona gəlmiş ilkin farslara yaxınlığı antropoloji baxımdan daha təmiz saxlamışlar, nəinki bu gün özünə “fars” deyənlərin əksəriyyəti. Belə ki, özünü “fars” sayanların böyük əksəriyyəti ilk farsdillilərin regiona gəlişindən əvvəlki yerli etnosların antropologiyasını daha bariz daşımaqdadırlar. Yəni, onlar farslaraqədərki yerli xalqların, o cümlədən Azərbaycan türklərinin dolixokran Kaspi (oğuz) irqi tipinin daşıyıcılarıdır. Belə isə, onlara “farslaşmış türklərin və ya elamlıların varisləri” demək daha məntiqə uyğundur.
- Bütün diktatura rejimlərinin idarəçilik sisteminin ana xətti olan “qorxu psixologiyası, əzmək, və s.” bu gün İran rejiminin ayaqda durmasında böyük rol oynayır. Ümumiyyətlə, Güney Azərbaycan Milli Hərəkatı qorxu psixologiyasını aradan qaldıra bilibmi?
- Sözsüz ki, əgər milli dil, milli özgürlük uğrunda hərəkat varsa, burada qorxudan danışmaq yersizdir. Despotik rejimlər özlərinə qarşı hərəkatların ya radikallaşmasına, ya da daha dərin mübarizəyə, yəni maskalanmış etnik-milli mafiyaların yaranmasına rəvac verirlər. İkincisilə mübarizədə istənilən despotik rejim acizdir. Çünki ikincisini əzmək üçün bəhanə yoxdur və onun əzilməsi despotik dövlətin əsaslarını dağıda bilər. Məsələn, Sovet Rusiyasında 40-50-ci illərdə yəhudilərin sıxışdırılması ona gətirib çıxardı ki, 70-80-ci illərdə artıq sovet idarə, maliyyə və elm sisteminin bütöv bir sahələri cibində kommunist bileti gəzdirən və pasportunda milliyyəti “rus” yazılmış yəhudilərin inhisarında idi. Məncə dediklərimin analizini özünüz etsəniz yaxşı olar.
-Hazırda İranda və regionda cərəyan edən gərgin siyasi proseslər Güney Azərbaycana nələr vəd edir? Güney Azərbaycan regionda ola biləcək dəyişiklərə hazırdırmı?
- Mən yalnız öz subyektiv fikrimi deyirəm. Hələ Şimali Azərbaycan Türklüyü heç 80-ci illərin sonunda SSRİ-dəki başlamış proseslərə hazır deyildi və nəticədə, böyük insan və ərazi itkilərinə məruz qaldı. Ermənilər isə, 1200 il əvvəl milli məslək ətrafında formalaşma prosesinə başladılar. Quzey Azərbaycan Türklüyü elə indilərdə milli məslək ətrafında birləşməyin, təşkilatlanmanın giriş qapısında durmaq üçün şans qazanıb.
Güney Azərbaycan Türklüyü barədə bunları demək olarmı? Qeyd etdiyiniz proseslərə Güney Azərbaycan türklüyü hazır deyil. İranda ermənilər, kürdlər, hətta ərəblər bu proseslərə daha hazırdırlar. Ermənilər əsrlərlə, kürdlər isə onilliklər boyu öz “dərin dövlət sistemlərini” yaratmışlar. Güney Azərbaycan türklüyünün öz “dərin strukturu” varmı? Nə Güneydə, nə milli şüura malik mühacir diasporasında bu struktur və bu strukturu yaşadan maliyyə platforması yoxdur. Ona görə də durum yalnız təşkilatlanmanı və ehtiyatlı addımlar siyasəti yürütməyi hökm edir.
- Bəzi siyasi analitiklər Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalara Azərbaycanın da qoşulmasının vacibliyini qeyd edirlər. Sizcə, Azərbaycan belə bir vəziyyətdə, hansı addım atsa daha düzgün olar?
- Mən bunu sadə misallarla izah etmək istərdim. Bizim xoşumuza gəlmir ki, Güneydə Azərbaycan Türklüyünün milli hüquqları tapdanır. Bizim xoşumuza gəlmir ki, farslar “ermənistan” adlı anti-müsəlman və anti-türk qondarma quruma yardım edir, Quzey Azərbaycanda dini pərdə altında separatçı və anti-milli qurumlarla işbirliyinə gedirlər. Əgər bu fəaliyyət kəsilməsə, onda Quzey Azərbaycan da farsların xoşuna gəlməyən işləri etməlidir. Yəni pariteti saxlamaq üçün imkanlar və “siyasi bazarlaşma” predmetləri az deyil. Bu məsələdə Azərbaycanın atacağı addımlar nə Moskvadan, nə də Vaşinqtondan asılı deyil. Quzey Azərbaycanın mövqeyi bizim milli və dövlət maraqlarımıza farsların münasibətindən asılıdır.
Söhbətləşdi: Elnur Eltürk
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
İranda daha bir molla öldürüldü
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko