SON XƏBƏRLƏR

“Şəhrdari-Fulad” müsabiqəsinin son nəticəsi

2021.10.20, 07:36
“Şəhrdari-Fulad” müsabiqəsinin son nəticəsi

Gunaz.tv

GünAzTv: İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 17-ci həftəsində keçirilən növbəti yarış bu dəqiqələrdə sona çatdı.

 

Bu gün Təbrizin “Şəhrdari” və Xuzistanın “Fulad” futbol taxımları (tim) arasında keçirilən müsabiqə “Fulad”ın xəyirinə başa çatdı.

 

Belə ki, müsabiqənin birinci hissəsində 1, ikinci hissəsində isə 3 qol “Fulad” tərəfindən qarşı taxımın qapısına vuruldu. Bununlada müsabiqə (4 – o) hesabı ilə “Fulad”ın xeyirinə yekunlaşdı.

 

Qeyd edək ki, diqqətə layiq məqam ondan ibarətdir ki, Əhvazın Təxti stadyomunda (stadion) Təbriz vaxtı ilə saat 15:00-də keçirilən müsabiqə “Şəhrdari”nin uduzması ilə tamamlansada” bu nəticə taxım tərəfdarlarına ciddi təsir qoymadı və müsabiqə “Yaşasın Azərbaycan” şüarının səsləri altında oynanıldı. Buda keçmiş yarışlar kimi Azərbaycanlıların futbol nəticəsindən inciyib və ruhhiyələrini itirməməyə dəlalət edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar