SON XƏBƏRLƏR

Astana sammi bəyannamə qəbulu ilə yekunlaşdı

2021.10.20, 07:36
Astana sammi bəyannamə qəbulu ilə yekunlaşdı

Gunaz.tv

GünAzTv: Cümə axşamı ATƏT dövlət başçılarının Astana sammitində yekun bəyannamə qəbul edilib.

TURAN agentliyinin qeyd etdiyi kimi, “Təhlükəsilzik Şurasına doğru” adlı sənəd bir çox nümayəndə heyətlərinin rəhbərləri getdikdən sonra.

Sözü gedən Astana deklarasiyası Helsinki Yekun Aktının 35 illiyinə həsr olunub.

Bəyannamədə münaqişələr mövzusuna ümumi şəkildə toxunulub.

TURAN agentliyinə əsasən, sənəddə “ATƏT regionunda mövcud münaqişələrin dinc yolla, müəyyən olunmuş formatlar çərçivəsində danışıqlar əsasında, BMT Xartiyasında, həmçinin Helsinki yekun aktında əks olunmuş beynəlxalq hüquq norma və prinsiplərinə tam əməl olunması yolu ilə həlli cəhdlərinin gücləndirilməsinin vacibliyi” vurğulanır.

Bəyannamədə "yeni böhranların qarşısının alınması, BMT Xartiyası və Helsinki yekun aktının 10 prinsipi əsasında istənilən güc tətbiqindən çəkinmə” kimi müddəalar əks etdirilib.

Yekun mətbuat konfansında Qazaxıstanın prezidenti Nursultan Nazarbayev ümidvar olduğunu bildirib ki, Astana bəyannaməsi Avroatlantika birliyi quruculuğuna start verəcək.

Gələn il ATƏTə sədrliyi növbə ilə Litva həyata kemirəcək.BBC

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar