SON XƏBƏRLƏR

İsraildə meşə yanğınları başlayıb, ən azı 40 nəfər ölüb

2021.10.20, 07:36
İsraildə meşə yanğınları başlayıb, ən azı 40 nəfər ölüb

Gunaz.tv

GünAzTv: Bu gecə İsraildə Hayfa şəhəri ətrafında meşə yanğınları başlayıb. Azərbaycan da yanğının söndürülməsi üçün texnika göndərib.Yanğınlarda ən azı 40 nəfər həyatını itirib. Bu barədə Lent.az “zman.com” saytına istinadən xəbər yayıb. 13 min insan Hayfa ətrafındakı yaşayış qəsəbələrindən evakuasiya edilib. İsrailin baş naziri Benyamin Netanyahu yanğının söndürülməsi üçün dünya dövlətlərindən yardım istəyib.

Azərbaycan, İspaniya, Yunanıstan, Misir və Xorvatiya İsrailə yanğınsöndürən vertolyot və təyyarələr göndəriblər. İsraillə mürəkkəb münasibətləri olan Türkiyə də yardımını təklif edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar