SON XƏBƏRLƏR

"Wikileaks" qapadıldı

2021.10.20, 07:36
"Wikileaks" qapadıldı

Gunaz.tv

GünAzTv: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) gizli diplomatik sənədlərini ifşa edən "Wikileaks"ə hostinq verən EveryDNS şirkəti wikileaks.org ünvanının çox sayda kiberhücuma məruz qaldığını açıqlayıb.

Açıqlamada bu hücumların şirkətin infrastrukturuna zərər verə biləcəyi qeyd edilib və bu səbəbdən wikileaks.org ünvanının ləğv edildiyi bildirib.

Qeyd edək ki, Pentaqon daha öncə istərsə, "Wikileaks" saytını bağlaya biləcəyini açıqlamışdı. Saytda yayımlananlardan narahat olan Rusiyanın baş naziri Vladimir Putin də səhifənin qapadılmasını istəmişdi.

Bir gün əvvəl "Wikileaks"ın bəzi serverlərinə ev sahibliyi edən "Amazon.com" şirkəti bu serverləri qapatmış və saatlarla sayta girmək mümkün olmamışdı. Ancaq "Wikileaks" qrupunun başqa bir şirkət vasitəsilə hostinq alaraq yayımına davam edə biləcəyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar